Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Onlara müəllimlik etmək qadağan edildi

Onlara müəllimlik etmək qadağan edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iki müəllimin məhkəməsi başa çatıb.

tehsilmedia.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilən 200 saylı məktəbin ibtidai sinif müəllimi Billurə İsmayılova və 71 saylı məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Qocayevaya iyunun 5-də hökm oxunub.

Məhkəmə müəllimləri dələduzluqda təqsirli bilərək onların hər birinin 1 il 6 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 manat cərimə edilməsinə hökm edib.

Araşdırmalar zamanı məlum olub ki, B.İsmayılova 2016-cı ildə 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə 38 000 manat pul müqabilində Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək inandırıb. O, rəfiqəsi, 71 saylı məktəbin müəllimi Z.Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi ona təqdim edərək onları məktəbdə görüşdürüb. Bu vədlə o, məktəb direktorunun müavinindən 38 000 manat alaraq dələduzluq edib.

Bundan başqa, onlar 202 saylı məktəbin müəllimi Gülşən Xəlilovanı da aldadaraq onun Ukraynada aldığı magistr təhsilinə dair diplomunu Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə təsdiq etdirəcəklərinə və Bakıda orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vəd verərək inandırıblar və 17 min manat pul alaraq dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər Arzu Nəzərova ilə bağlı ittihamı qəbul etməyiblər. B.İsmayılova A.Nəzərovanın sələmə pul verdiyini və məsələnin də sələmə verilmiş pulun qaytarılmamasına görə yarandığını bildirib. Onlar Gülşən Xəlilova ilə bağlı ittihamı qəbul ediblər.

Qeyd edək ki, zərərçəkmiş Arzu Nəzərova hazırda 162 saylı məktəbin direktorudur.

Oxşar xəbərlər

Bütün xəbərlər