Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Xaricdə təhsil! – “Bu diplomlar tanınmır və nazirlik haqlıdır” – Nə etməli?

Xaricdə təhsil! – “Bu diplomlar tanınmır və nazirlik haqlıdır” – Nə etməli?

“Nazirlik bu diplomları tanımamaqda haqlıdır”

tehsilmedia.info xəbər verir ki, bu sözləri azedu.az-a açıqlamasında sabiq millət vəkili Sona Əliyeva bəzi xarici universitetlərin verdiyi diplomların Azərbaycanda tanınmamasından danışarkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə ali məktəblərə qəbul imtahanlarından aşağı nəticə əldə etmiş abituriyentlər təhsil almaq üçün xarici ölkələrə, xüsusən də, Türkiyəyə üz tuturlar:

“Əsasən Türkiyəyə üz tutmalarının səbəblərindəın biri dil baryeri olmamasıdır, çünki türk dili ana dilimizə çox yaxındır, türk dilini öyrənmək və o dildə təhsil almaq onlara asan gəlir. Digər tərəfdən oxşar cəmiyyət və mətbəxin olması da bu işi xeyli asanlaşdırır. Lakin eyni zamanda, Türkiyədə təhsil almaq elə də asan deyil. Bəziləri aşağı balla gedib, bir neçə il kursda qalırlar.

Xaricdə təhsil alan şəxslərin bir çoxu diplomunu da tanıda bilmir. Ümumiyyətlə, şagirdlər və valideynləri xaricdə universitet seçməzdən öncə diplomları tanınan universitetlərin siyahısı ilə mütləq tanış olmalıdırlar. Məsələn, Ukraynada, Gürcüstanda olan bəzi universitetlər var ki, orada təhsilə səhlənkar yanaşılır, onların diplomları Azərbaycanda tanınmır və nazirlik də tanımamaqda haqlıdır”.

S.Əliyeva diqqtə çatdırıb ki, aşağı bal toplayan abituriyentlərin xaricdə təhsil almasının əleyhinədir:

“Çünki Azərbaycanda təhsil almaq daha asandır, nəinki xarici ölkədə. Türk dilində oxumaq validenylərə asan gəlsə də, akademik dil çox çətindir. Digər ölkələrdə təhsil almaq üçün də dil faktoru daha çox problem yaradır. Gündəlik danışıq dilini bilmək akademik səviyyədə bilmək demək deyil. Tələbə mənəvi, psixoloji cəhətdən hazır deyilsə, onu xaricə göndərməyin heç bir mənası yoxdur.

Çox istərdim ki, Azərbaycanda ali təhsil stereotipinin maneələri aşılsın. Ali diplomu olan şəxs başa düşməlidir ki, bu o demək deyil ki, sən o dəqiqə əmək bazarında iş tapacaqsan. Artıq texnologiya elə inkişaf edib ki, dil baryeri aradan qalxıb. Dünyada baş verən iqtisadi, elmi, texnoloji inkişaf artıq diplom yox, insanların bilik və bacarıqlarına üstünlük verilməsinə gətirib çıxarıb”.

Sonda pedaqoq abituriyent və onların valideynlərinə tövsiyələr verib:

“Valideynlərə tövsiyə edirəm ki, övladlarını peşə öyrənməyə yönləndirsinlər. İndiki zamanda siz bir avtomobil, dırnaq, saç ustasının yanına getmək istəyirsinizsə, bir neçə gün öncədən növbəyə yazılmalısınız. İndi yaxşı peşə sahibinin növbəsinə yazılmaq məmurun qəbuluna düşməkdən çətindir. Azərbaycanda insanlar peşələrdən çox yaxşı pul qazanır. Düşünürəm ki, mütləq peşəyə yiyələnmək lazımdır. Xüsusən də, seçim edərkən indi və gələcəkdə trend olacaq sahələr araşdırılmalıdır. Gənclərə səslənirəm ki, bilik və bacarıqlar qazanın, qloballaşan dünyada sürətli adaptasiya olmaq qabiliyyətini formalaşdırın, çevik olun, həmişə informasiya axtarın və onu istifadə etməyi də bacarın. Əgər bunları etsəniz, siz elə diplomsuz da bu həyatda uğur qazana bilərsiniz”.

Oxşar xəbərlər

Bütün xəbərlər