Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Atestatla xaricdə təhsil alan tələbələr üçün XƏBƏRDARLIQ

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxışlarının birində qeyd edib ki, attestatla qəbul olan vətəndaşların taleyi sıxıntılı olur. Bu halda sual yaranır ki, attestatla qəbul mexanizminin saxlanılması nə dərəcədə məqsədəuyğundur və bu modelin təhsildə keyfiyyətə və məzunların gələcək karyera imkanlarına mənfi təsirinin qarşısını almaq üçün hansı əsaslı dəyişikliklər zəruridir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.

O, qeyd edib ki, bu o demək deyil ki, bütün atestatla gedilən universitetlərin diplomları tanınmır:

"Dünyanın əksər yerlərində atestatla ali təhsil müəssisələrinə qəbul mövcuddur. Hazırda bizim ali təhsil müəssisələrinə də xarici tələbələr atestatla qəbul ola bilirlər. Xarici tələbələr istədikdə atestat və digər imtahan nəticələri ilə Azərbaycan universitetlərinə müraciət edə bilərlər və bizdə onların qəbulunu həyata keçiririk. Yəni, bu, dünyanın hər yerində mövcuddur və qanuna uyğun həyata keçirilir.

Problem odur ki, bəzi hallarda xaricdə təhsil şirkətləri və valideynlər özləri uşaqlarını xarici ali təhsil müəssisələrinə göndərərkən, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəsmi internet saytında olan tanınmayan və ya problemli universitetlərin siyahısına baxmadan müraciət edirlər və ya xaricdə təhsil şirkətlərinə aldanırlar. Bu halda onların diplomları tanınmır".

Diplom natamam təsdiq olunsa belə, tələbəyə hərbi xidmət üçün xüsusi arayış verilir

"Buradan valideynlərə və abituriyentlərə bildirmək istəyirəm ki, xarici ali təhsil müəssisələrinə atestatla müraciət edəcəklərsə, mütləq agentliyin rəsmi saytında universitetin tanınma statusunu yoxlasınlar. Əgər universitet siyahıda varsa, boşuna xərc etməsinlər. Məsələn, hal-hazırda Ukrayna universitetləri tanınmır, çünki distant və hibrid təhsil ekvivalent deyil. Türkiyə universitetlərinin qiyabi (açıq-öyrətim) forması da tanınmır. Bəzi Gürcüstan, MDB, Rusiya və Belarus universitetlərinə müraciət edərkən də eyni qaydaya əməl olunmalıdır. Bu o demək deyil ki, bütün atestatla gedilən universitetlərin diplomları tanınmır. Misal üçün, Türkiyə universitetlərinə əyani təhsil üçün atestatla daxil olanların diplomları tanınır. Problem bəzi tibbi, hüquqi və kompüter yönümlü ixtisaslarda ortaya çıxır.

Yeni qaydaya görə iki formalı diplom təsdiqi mövcuddur: natamam təsdiq və tam təsdiq. Natamam təsdiq nə deməkdir? Məsələn, bir tələbə Türkiyədə Dövlət Universitetlərinin birində hüquq təhsili alıbsa, diplomunu Azərbaycana gətirmədən əvvəl orada apostil etdirməlidir. Apostil etdikdən sonra diplom rəsmi olaraq tanınır. Diplomun natariyal qaydada tərcüməsi lazım deyil, amma istəyə bağlıdır. Tələbə imtahana çağırılır və imtahandan müvəffəq olsa, diplom tam təsdiq olunur. İmtahandan keçə bilməsə, Azərbaycan ali təhsil müəssisələrində müəyyən müddət kurs keçərək ixtisasını mənimsəyir və sonra yenidən imtahana çağırılır. Müvəffəq olarsa, diplom tam təsdiq edilir.

Natamam təsdiqin müsbət cəhətlərindən biri odur ki, məsələn, diplom natamam təsdiq olunsa belə, tələbəyə hərbi xidmət üçün xüsusi arayış verilir. Bu arayışla xidmət birbaşa bir il davam edir, sonra tələbə diplomunu tam təsdiqlədə bilir. Mövcud qaydaya görə, bütün atestatla gedənlərin diplomları avtomatik tanınmır. Valideynlər və abituriyentlər agentliyin rəsmi saytında universitetin adını yoxlamalı və siyahıda varsa, həmin universitetə müraciət etməməlidirlər".

Oxşar xəbərlər

Bütün xəbərlər