Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - Deputat və ekspertdən REAKSİYA

Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - Deputat və ekspertdən REAKSİYA

Azərbaycanda erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Bu məsələlərlə bağlı müxtəlif qanunlar qəbul edilib, sərəncam və qərarlar imzalanıb.

Doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin imtiyazlarından biri də təhsil haqqı ilə bağlıdır.

Belə ki, Azərbaycan Prezidentinin 14 sentyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Digər güzəştə görə, orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar.

tehsilmedia.info xəbər verir ki, azedu.az-a daxil olan məlumata görə, hökumət torpaqların işğaldan azad edildiyini nəzərə alaraq, məcburi köçkün tələbələrin təhsil haqqı güzəştlərinə yenidən baxmağı düşünür.

Hökumətdəki bəzi məmurlar düşünürlər ki, işğaldan azad olunmuş torpaqlara qayıdış prosesinə başlanıldığından məcburi köçkünlərin güzəşt və imtiyazlarına da yenidən baxıla bilər.

Məcburi köçkün tələbələrlə bağlı yayılan məlumat bu kateqoriyadan olan insanların narahatlığına səbəb olub.

Mövzunun aktuallaığını nəzərə alan AzEdu-az-ın əməkdaşı Milli Məclisin işğaldan azad olunmuş rayondan - Kəlbəcərdən seçilmiş deputatı Aqil Məmmədovla əlaqə saxlayıb.Deputat məsələ ilə bağlı hər hansı məlumata malik olmadığını qeyd edib. O deyib məcburi köçkünlərə tətbiq olunan güzəştlərə heç bir məhdudiyyət qoyulmayıb:

“Məcburi köçkünlər üçün nəzərəd tutlmuş güzəştlərin nələrdən ibarət olması ilə bağlı məlumatlıyam. Bu güzəştlərə də hazırda heç bir məhdudiyyətlər qoyulmayıb. Dediyiniz məsələ ilə bağlı - məcburi köçkün statusuna malik tələbələrin güzəştlərinin ləğv olunacağına dair də heç bir razılaşma və sənəd yoxdur.

Əksinə, cənab Prezident vurğulayır ki, məcburi köçkünlərə əlavə güzəştlər olacaq. Kommunal xərclər, aylıq müavinət, təhsil haqqı və s. kimi güzəştlər hələ ki öz mövcudluğunu qoruyaacq”.

A.Məmmədovun sözlərinə görə, keçmiş məcburi köşkünlər adlandırılan insanlar azad edilmiş ərazilərə yerləşdirildikdən sonra da güzəştlər bir müddət qüvvəsində qalacaq:

“Hətta insanlar işğaldan azad olunmuş torpaqlarımıza köçürüldükdən sonra da güzəştlərin davam edəcəyi, əlavə imkanların yaradılacağı məsələləri mövcuddur. Həmin ərazilərdə dayanıqlı yaşamın davam etdirilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul olunub”.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, güzəştlərin ləğv olunması sözügedən insanlar yalnız öz yurdlarına qayıtdıqdan sonra ləğv oluna bilər:

“Bununla belə sosial mediada yayılan məlumatlara görə hökumət məcburi köçkünlərin bəzi güzəştlərini ləğv etməyə hazırlaşır. Belə ki, 2027-2028-ci tədris ilində ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün tələbələr təhsil haqqından azad edilməyəcək. Yəni onlar da pullu ixtisaslara qəbul olunacaqları təqdirdə ödəniş edəcəklər...

Bununla bağlı rəsmi məlumata hələ ki rast gəlməmişəm. Çox güman ki, belə bir addımın atılması yalnız məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra baş tuta bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər