Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Xalq şairi Mirvarid Dilbazinin məzarı ziyarət edilib

Xalq şairi Mirvarid Dilbazinin məzarı ziyarət edilib

Avqustun 19-da Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 111 illiyi ilə əlaqədar bir qrup şair, yazıçı, yaradıcılığının pərəstişkarları ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər.

tehsilmedia.info xəbər verir ki, ziyarət mərasimi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı və “Qazax” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı ictimai birliyin şairin ədəbi irsinin təbliği sahəsində gördüyü işlər barədə məlumat verərək qeyd edib ki, ötən il Qeyri-Hökumət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az saytı fəaliyyətə başlayıb. Şairin “Bənövşələr üstə göz yaşları” və “Çiçəkdən-çiçəyə” kitabları kiril qrafikasından latın qrafikasına çevrilərək yenidən nəşr olunub və ölkəmizin ayrı-ayrı bölgələrində 110 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirdə çıxış edən Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Əli Məhərrəmov, şair-publisist Rəfail İncəyurd, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Milli Kino Mərkəzinin rəhbəri Kəmalə Musazadə və başqaları Xalq şairinin keçdiyi yaradıcılıq yolu, poeziyası və poemaları, lirik şeirləri, şeirlərinə bəstələnmiş mahnılar barədə danışıblar. Qeyd olunub ki, onun klassik poeziya nümunələri ilə yanaşı, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin yaradıcılığında etdiyi tərcümələr oxucular tərəfindən maraqla qarşılanıb.

Mirvarid Dilbazinin yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərə həsr etdiyi “Ağla, kamanım, ağla", qanlı 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirlərinin bu mövzuda qələmə alınan ən çox gözəl poeziya nümunələri olduğu vurğulanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər