Xəbər lentiwidget-title-icon

Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq

Yeni tədris ili üzrə BMU-İNHA İDP-nin qəbul planı dolub

Yeni tədris ili üzrə BMU-İNHA İDP-nin qəbul planı dolub

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının ən nüfuzlu universitetlərdən biri olan İNHA Universiteti arasında bakalavr səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının (BMU-İNHA İDP) 2023/2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

Universitetdən "tehsilmedia.info"a verilən məlumata görə, 300-dən çox namizədin qeydiyyatdan keçdiyi, 246 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, 2023/2024-cü tədris ili çərçivəsində 4 ixtisas istiqaməti üzrə ayrılan 123 yerin hamısı dolub. Müvafiq olaraq 35 tələbə İnformasiya texnologiyaları, 35 tələbə Elektronika mühəndisliyi, 28 tələbə Elektrik mühəndisliyi və 25 tələbə İnşaat mühəndisliyi ixtisasları üzrə yeni tədris ilindən etibarən BMU-İNHA İDP-də təhsil alacaq.

Məlumat üçün bildirək ki, qəbul olan 123 nəfərdən 37 nəfəri qız, 86 nəfəri isə oğlan tələbədir. BMU-İNHA İDP çərçivəsində 1-ci kursda təhsil alacaq tələbələrin arasında ən çox yeri Bakı (63 nəfər), Sumqayıt (20 nəfər), Xırdalan (8 nəfər) və Gəncə (8 nəfər) şəhərlərindən olan abituriyentrlər təşkil edəcək.

Qəbul müsabiqəsində iştirak etmiş namizədlər arasında ən yüksək balı (675.1) Elektronika mühəndisliyi ixtisasına qəbul olmuş Hakim Musazadə toplayıb. Bundan başqa, İnformasiya texnologiyaları ixtisası üzrə Kamran Əlizadə (652.4 bal), Elektrik mühəndisliyi ixtisası üzrə Nəbi Şadıyev (599.2 bal), İnşaat mühəndisliyi ixtisası üzrə Jalə Qurbanova (600.5 bal) ən yüksək nəticə əldə edərək BMU-İNHA İDP-də təhsil almaq şansı qazanıb.

Məlumat üçün bildirək ki, 12 avqust tarixində keçirilən imtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Eyni zamanda, onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi olaraq avtomatik qeydiyyata alınırlar. Bu səbəbdən qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, 16-28 avqust 2023-

cü il tarixlərlərini əhatə edən DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.

3+1 modelinə əsaslanan ikili diplom proqramında tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçirilir və bütün ixtisaslar üzrə qəbul tam dövlət sifarişli əsaslarla aparılır. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edəcəklər. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 cü illər Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən qarşılanır.

Qəbul prosesi 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP çərçivəsində hazırda 270-dən çox tələbə təhsil alır.

BMU-İNHA İDP-də təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.

Yüksək nəticələr və yerlərin 100% dolması vurğulamağa imkan verir ki, BMU-İNHA İDP-nin fəaliyyət planının icrası nəticəsində əsas keyfiyyət göstəricilərindən biri olan daha istedadlı, eyni zamanda yüksək bal toplamış tələbələrin proqrama cəlb olunması uğurla təmin edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər