Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

AMEA-da akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

AMEA-da akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib


AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə görkəmli elm xadimi, 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş, akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr edilmiş “Akademik Mahmud Kərimov: istedadlı alim, bacarıqlı elm təşkilatçısı” mövzusunda elmi konfrans keçirilib.

AMEA-dan "tehsilmedia.info"a bildirilib ki, tədbirdən öncə konfrans iştirakçıları I Fəxri Xiyabanda akademik Mahmud Kərimovun məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında mühüm xidmətləri olan ölkəmizin görkəmli elm xadimlərinin də məzarları ziyarət olunub.

Elmi konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Mahmud Kərimov Azərbaycanda radiasiya fizikası istiqamətində tanınmış alimlərdən biri olub. Qeyd edib ki, alim yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası, eləcə də respublikada və xaricdə işıq üzü görmüş 200-dən çox elmi məqaləsi ilə Azərbaycan fizika elminin zənginləşməsinə sanballı töhfələr verib. Akademik Mahmud Kərimovun informatika istiqamətində də mühüm tədqiqatlar apardığını deyən akademik İsa Həbibbəyli görkəmli alimin bu elm sahəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini diqqətə çatdırıb.

AMEA rəhbəri vurğulayıb ki, akademik Mahmud Kərimov Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi illərdə Azərbaycan elminin inkişaf etdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq aləmə inteqrasiyası və yüksəkixtisaslı gənc kadrların yetişdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Xüsusilə akademik Mahmud Kərimovun Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qurduğu əlaqələrin fizika-radiasiya sahəsində çalışan alimlərin elmi fəaliyyətində yeni imkanlar açdığını, nəticədə nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan alimlərinin elmi fəaliyyətinin genişləndiyini və BAEA-nın işində ölkəmizin rolunun artdığını bildirib.

Həmçinin diqqətə çatdırıb ki, akademik Mahmud Kərimov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi ölkəmizdə prioritet elmi tədqiqatların aparılması və koordinasiyası işinə uğurla rəhbərlik etmiş, onun Akademiya prezidentliyi dövründə AMEA-nın Naxçıvan, Gəncə bölmələri, Lənkəran Regional Elmi Mərkəzi fəaliyyətə başlamışdır.

Akademik Mahmud Kərimovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi təqdirəlayiq fəaliyyə göstərdiyini deyən akademik İsa Həbibbəyli alimin Azərbaycan diasporunun yaranması və inkişaf etdirilməsində mühüm xidmətləri olduğunu xatırladıb.

“Akademik Mahmud Kərimov yüksək mədəniyyətə malik şəxsiyyət, nəcib insan, mənəviyyatı zəngin, qarşısındakı insanlara yüksək ehtiram göstərən əsl ziyalı, alicənab şəxs idi”, - deyə AMEA-nın prezidenti çıxışında vurğulayıb.

Akademik İsa Həbibbəyli bugünkü konfransın görkəmli alimin elmi-təşkilati fəaliyyətinin indiki və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıdığını söyləyib və akademik Mahmud Kərimovun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Akademik Mahmud Kərimovun elmi və elmi-təşkilati fəaliyyəti” mövzusunda məruzə edib.

Akademik Rasim Əliquliyev görkəmli alim Mahmud Kərimovun həyat və fəaliyyətindən söz açaraq, onun ziyalı ailəsində doğulub, boya-başa çatdığını, ömrünün ilk illərindən etibarən öz taleyini elm sahəsinə, AMEA-ya həsr etdiyini diqqətə çatdırıb. Görkəmli alimin zəngin elmi fəaliyyətinin əsas məqamlarına toxunaraq onun radiasiya fizikası və informatika sahəsində mühüm elmi nailiyyətlərə imza atdığını bildirib: “Mahmud Kərimov 31 yaşında fəlsəfə, 41 yaşında elmlər doktorluğu üzrə dissertasiya işini müdafiə etmiş, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir”.

AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev akademik Mahmud Kərimovun müasir dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının formalaşması və inkişafında müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, Mahmud Kərimov islahatçı, yenilikçi ruhu, alicənablığı və yüksək insani keyfiyyətləri ilə Azərbaycan elmi ictimaiyyəti arasında yüksək nüfuz və hörmət qazanmışdır. Həmçinin vurğulayıb ki, akademik Mahmud Kərimov AMEA-nın prezidenti kimi fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminin idarə olunmasında müasir çağırışları rəhbər tutmuş, ölkə elminin inkişafı və beynəlxalq aləmə inteqrasiyası istiqamətində kompleks tədbirlər həyata keçirmişdir.

Akademik Rasim Əliquliyev çıxışının sonunda Azərbaycan xalqının akademik Mahmud Kərimovun əziz xatirəsini hər zaman ehtiramla yad edəcəyinə, görkəmli alimin əsasını qoyduğu elmi məktəbin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “Akademik Mahmud Kərimov – bacarıqlı elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, akademik Mahmud Kərimov təkcə alim kimi deyil, həm də böyük şəxsiyyət, görkəmli elm təşkilatçısı kimi də əbədi yaddaşlarda həkk olunmuşdur. Akademik Arif Həşimov görkəmli alim Mahmud Kərimovun 2001-ci ildə AMEA-nın prezidenti seçildikdən sonra Milli Elmlər Akademiyasının fəaliyyətində yeni eranın başladığını, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirildiyini deyib. Həmin dövrdən sonra AMEA-da bir sıra yeni institutların, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan Fizika, Radiasiya Problemləri institutlarının yaradıldığını, ölkəmiz üçün mühüm istiqamətlərdə tədqiqatların aparılmağa başlandığını söyləyib. Akademik Mahmud Kərimovun AMEA-nın gəncləşməsi işinə də xüsusi diqqət yetirdiyini vurğulayan məruzəçi alimin tapşırığı ilə gənclərin işə qəbul edildiyini və bu gün həmin şəxslərin ixtisaslı kadr kimi Azərbaycan elminin inkişafına öz töhfələrini verdiklərini bildirib.

Akademik Arif Həşimov Mahmud Kərimovun görkəmli elm təşkilatçısı kimi “Azərkosmos” ASC-nin yaranmasında, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasında gərgin əmək sərf etdiyini diqqətə çatdırıb.

Konfransda, həmçinin AMEA-nın müşaviri, akademik Adil Qəribov “Mahmud Kərimov - əbədiyyətə gedən yol”, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “Akademik Mahmud Kərimovun Azərbaycanda yüksək texnologiyaların inkişafındakı xidmətləri”, Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Akademik Mahmud Kərimovun rəhbərliyi dövründə Radiasiya Problemləri İnstitutunun fəaliyyəti” və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru Sərxan Xavərinin “İdrak və mənəviyyatın vəhdətindən görünən Mahmud Kərimovun şəxsiyyəti” mövzusunda məruzələri dinlənilib.

Daha sonra akademik Mahmud Kərimovun ailəsi adından bibisi oğlu professor Nazim Kazımov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin liderliyində bütün sahələrdə yüksək uğurlara imza atdığını, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu deyib və Azərbaycan elminin dövlətimizin gələcək inkişafında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyərək konfransa yekun vurub.

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT