Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“Taleyi və sənəti” seriyasının növbəti kitabı işıq üzü görüb

“Taleyi və sənəti” seriyasının növbəti kitabı işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan “Taleyi və sənəti” seriyasının növbəti kitabı işıq üzü görüb.

tehsilmedia.info xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlanır.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsmayıl Hacıyev, tərtibçiləri AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur. Kitab filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun rəyi ilə “Əcəmi” NPB-də çap olunub.

Ümummilli Liderin: “Canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır... Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - fikri ilə başlayan nəşrin ilk səhifəsində ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı verilib.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin kitaba yazdığı “Heydər Əliyev: bəşəri müdrikliyi özündə əks etdirən tarixi şəxsiyyət” başlıqlı ön sözdə Heydər Əliyev şəxsiyyətinin üstün keyfiyyətlərinə və onun uzaqgörən siyasəti sayəsində əldə olunan inkişafa nəzər salır, Naxçıvan Bölməsinin 21 illik fəaliyyəti dövründə Ulu Öndərin siyasi irsinin tədqiqi ilə bağlı çapdan çıxmış kitab, monoqrafiya və məqalələri, keçirilən elmi konfransları bölmə əməkdaşlarının Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramının göstəricisi kimi qiymətləndirir.

Kitabın aparıcı mövzusu Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı nailiyyətlərdir. Burada 15 müəllifin Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən məqalələri toplanıb.

Topluda yer alan “Azərbaycan elminin böyük hamisi”, “Ulu Öndər Heydər Əliyev: bütöv Azərbaycanın lideri”, “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi: milli ideologiya, ana dili və ədəbiyyat siyasəti”, “Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı”, “Azərbaycan xalqının milli kökə və özünə qayıdışında Heydər Əliyev iradəsi”, “Bir şəklin tarixçəsi” və digər məqalələrdə müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işləri əksini tapıb.

Qeyd edək ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan “Taleyi və sənəti” seriyası üzrə kitablar 2007-ci ildən başlayaraq nəşr edilir. “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” bu seriyanın sayca 17-ci kitabıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər