Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi yad edilib - FOTO

AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi yad edilib - FOTO

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, İradə Hüseynova və AR Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun kollektivi ailə üzvləri ilə bərabər AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Bu barədə "tehsilmedia.info”a AMEA-dan bildirilib.
Qeyd edək ki, Tofiq Məmmədov 19 may 2022-ci ildə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının nəşri ilə əlaqədar ekspedisiya zamanı həyatını faciəli şəkildə itirib.
Məmmədov Tofiq Sadıq oğlu 10 fevral 1957-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaatçı-mühəndis fakültəsini bitirmiş, 1995-1999-cu illərdə AMEA-nın Botanika İnstitutunun dissertantı olmuşdur.
T.Məmmədov 2000-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2014-cü ildə professor elmi adını almışdır.
Azərbaycan SSR EA Botanika İnstitutunun Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini (1986), direktor vəzifələrində (1996) çalışmışdır. 2014-cü ildə alimin təşəbbüsü ilə Mərdəkan Dendrarisinin bazasında AMEA-nın Dendrologiya İnstitutu təşkil olunmuş və T.Məmmədov direktor vəzifəsinə seçilmişdir. 2021-ci ildən həmin institutun baş direktoru olmuşdur. O, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Botanika və Odlar Yurdu Universitetinin Tibbi biologiya kafedralarının professoru kimi fəaliyyət göstərmişdir.
T.Məmmədov Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün çox qiymətli tövsiyələr vermişdir.
T.Məmmədov 2014-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə) kadrların seçilməsi şöbəsinin eksperti olmuşdur.
T.Məmmədov yerli və xarici mətbuatda dərc edilən 250-yə yaxın əsərin, 11 patent, 30 kitab, AR Səhiyyə Nazirliyinin 2 gigiyenik sertifikatının müəllifidir. “Ekologiya” (2004), “Gülçülük ensiklopediyası” (2006), “Qazon və bəzək memarlığı” (2006), “Ekoloji oyunlar” (2007), “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər” (2013), “Bitki ekologiyası” (2013), kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir. “Azərbaycan dendroflorası” (2011-2019) 5 cildliyində Böyük və Kiçik Qafqaz ərazilərində genefondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi, təbii еhtiyаtlаrdаn səmərəli istifаdə еdilməsi və оnlаrın bərpаsı üzrə mühüm nəticələr öz əksini tapmışdır. Bu əsər Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının 2022-ci il üçün elan etdiyi müsabiqəyə təqdim edilmişdir.
T.Məmmədov 50-dən çox beynəlxalq qurultay və konfransda iştirak etmişdir. Onun təşəbbüsü və səyləri ilə AMEA-nın Dendrologiya İnstitutunda Beynəlxalq Botanika Bağları konfransları (2006, 2010, 2013, 2015, 2017) keçirilmiş, institut 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyətinin üzvü seçilmişdir. İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının nümayəndəsi Tofiq Məmmədov olmuş, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak etmişdir. 2021 və 2022-ci illərdə onun rəhbərliyi altında Dendrologiya İnstitutunda Böyük tarixi Zəfərə və “Şuşa ili”nə həsr olunmuş ümumrespublika sərgiləri uğurla keçirilmişdir. Alim Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak etmişdir.
T.Məmmədov Bolqarıstanın “Paleobotanika” və “Hortus Botanicus” jurnallarının redaksiya şurasının, MDB ölkələri üzrə Botanika Bağlarının, Türkiyə İman Universiteti dərgisinin ekspert şurasının, 2014-2015-ci illərdə AMEA Botanika İnstitutunda Dissertasiya müdafiəsi şurasının üzvü olmuş, 2013-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsi akademik-katibinin müavini vəzifəsində çalışmış, 2016-2019-cu illərdə büro üzvü, 2019-cu ildən ömrünün sonunadək bölmənin Elmi şurasının üzvü olmuşdur.
2005-ci ilin ekologiya sahəsində “İlin adamı” adı, Bakı Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı, Qafqaz İctimai Birliyinin “Heydər Əliyev”, Araz Maarifçilik cəmiyyətinin “Y.H. Məmmədəliyev”, “H. Zərdabi”, “Z. Tağıyev”, “Ş.İ. Xətai” və s. mükafatları, 2 dəfə AMEA-nın Fəxri fərmanı, 2015-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi yad edilib - FOTO
AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi yad edilib - FOTO
AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi yad edilib - FOTO
AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi yad edilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər