Xəbər lentiwidget-title-icon

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib

AzMİU-da "Dəmir yumruq” adlı tədbir keçirilib - FOTO

AzMİU-da "Dəmir yumruq” adlı tədbir keçirilib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı tədbir keçirilib.

Universitetdən "tehsilmedia.info" a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun dünya hərb tarixinə düşən tarixi Qələbəsindən danışıb: “Prezident İlham Əliyev üçrəngli Azərbaycan Bayrağını Xankəndidə dalğalandıracağımıza söz vermişdi. “Sözümüz imzamızdır!” – deyən Prezidentimiz artıq bunu reallığa çevirib. Biz Xocalı və Xankəndidə dalğalanan bayrağımıza baxıb fəxr edirik. Bütün dünya, o cümlədən düşmən artıq bu reallıqla barışıb, razılaşıb”.

“44 günlük Vətən müharibəsində AzMİU-nun məzun və tələbələri də böyük igidlik və şücaət göstəriblər. Vətən müharibəsində və ondan sonrakı dövrlərdə həyata keçirilən antiterror tədbirlərində AzMİU-nun 27 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Biz bütöv Azərbaycan üçün canlarını fəda etmiş bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik”, - deyən rektor qeyd edib ki, AzMİU-da şəhidlərin xatirəsi hər zaman uca tutulur, onların vətənpərvər ruhunun tələbələrə təbliği istiqamətində bir sıra işlər görülür.

Vətən müharibəsində şəhid olmuş AzMİU tələbə və məzunlarının hər birinin ad və soyadını səsləndirən rektor doğma universitetlərinin onların xatirəsini hər zaman yaşadacağını vurğulayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu çıxışında Vətən müharibəsində, lokal antitterror tədbirlərində əldə etdiyimiz Qələbənin dövlətimiz üçün siyasi əhəmiyyətindən danışıb: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı, bilik və təcrübi bacarıqları daim təkmilləşdirildi, hərbçilərimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanıldı. Beləliklə, ordumuz ən mürəkkəb tapşırıqları icra etməyə qadir olan dünyanın ən güclü orduları sırasına daxil oldu. Nəticədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son iki yüzillik tariximizin elə bir Zəfər tarixini yazdı ki, bu Zəfər xalqımızı məğlub edilmiş xalqdan qalib xalqa çevirdi. İşğalçı Ermənistan və hamiləri unuda bilməyəcəkləri dərs aldılar”.

Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov çıxışında ordumuzun uğuruna diqqət çəkərək hərbi təcrübəmizin dünya ölkələri tərəfindən tədqiq olunduğunu deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Şübhəsizdir ki, ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi peşəkarlıq dünya hərb strategiyası tədqiqatçılarının əsas mövzularından biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu peşəkar və ədalətli döyüşdü”.

Tədbirdə universitetin magistrantı, Vətən müharibəsi iştirakçısı Fariz Əzizov müharibə və döyüş yolu ilə bağlı xatirələrini bölüşüb.

Sonra tələbələr vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Həmçinin istedadlı tələbələr “Yada sal məni”, “Xudayar təsnifi”, “Çırpınırdın, Qara dəniz”, “Azərbaycanım”, “Azərbaycan oğluyam” mahnılarını ifa ediblər.

AzMİU-da "Dəmir yumruq” adlı tədbir keçirilib - FOTO
AzMİU-da "Dəmir yumruq” adlı tədbir keçirilib - FOTO
AzMİU-da "Dəmir yumruq” adlı tədbir keçirilib - FOTO
AzMİU-da "Dəmir yumruq” adlı tədbir keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər