Xəbər lentiwidget-title-icon

Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb
Bakı Qızlar Universitetinin tələbələri hara köçürüləcək? - RƏSMİ
"Elektron Təhsil Tələbə Krediti" platforması Qızıl mükafata layiq görülüb
Məktəblilərimiz müalicə prosesini oyuna çevirən “Ağıllı gips” layihəsini təqdim etdilər
Qarabağ Universitetinin ixtisasları haqqında məlumat almaq üçün ONLAYN GÖRÜŞLƏR keçriləcək
Magistraturaya qəbul planının 78 faizi dolub – Məleykə Abbaszadə
Magistraturada boş qalan yerlərə ixtisas seçimi keçiriləcək
Məktəbəhazırlığa neçə uşaq yazılıb? - BŞTİ AÇIQLADI
Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
Məqsədim sadəcə xaricdə təhsil almaq deyil, öyrəndiklərimi Azərbaycanda dəyərə çevirməkdir
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub

Şuşalı müəllim və şagirdlərin Zəfər sevinci

Şuşalı müəllim və şagirdlərin Zəfər sevinci

Düz üç il bundan öncə müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan hadisələrin şahidi olduq. 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində azad olundu.

tehsilmedia.info xəbər verir ki, 44 günlük Vətən müharibəsinin ən sevincli, qürurverici səhifələrindən biri isə Şuşa şəhərinin işğaldan azad edilməsi, yağı düşmən üzərində qələbənin elan olunması idi.

Bu tarixi günlərdə baş verənləri bir daha xatırlayaraq şuşalı müəllimlər, şagirdlərlə görüşüb söhbətləşdik. Onların həmin anlarda yaşadığı təəssüratları öyrəndik.

“Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi"

Şuşa rayon 7 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyyam Məmmədov həmin günlərin həyatının ən xoş günləri olduğunu deyir: “Şuşa, təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayalara baxarkən görür ki, bu şəhəri azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Düşünürəm ki, bunu yalnız Azərbaycan Ordusu, Azərbaycan əsgəri edə bilərdi. Şuşa işğaldan azad olundu və qəhrəman əsgərlərimiz Şuşada Azərbaycan bayrağını ucaltdılar. Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Ümummilli Lider Heydər Əliyev demişdir: "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur! Fəxrlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərini təkrar söyləyirəm: “Əziz Şuşa sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik! Şuşa Azərbaycandır!

“Doğma vətənimdə yaşayacağım üçün çox xoşbəxtəm”

Şuşa rayon 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Əliyeva həmin günlərin sanki bu gün olduğunu söyləyir: “Hər bir şuşalı kimi mən də doğma vətənimdə yaşayacağım üçün çox xoşbəxtəm. Dirçələn yurdumuzda şagirdlərimlə bərabər yeni-yeni uğurlar qazanacağıma söz verirəm. Bu qayıdışı mənə bəxş edən Ali Baş Komandanımıza, rəşadətli ordumuza minnətdaram. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Axıdılan qanlarınız yerdə qalmadı şəhadətə ucaldığınız torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Qarabağımız günü-gündən inkişaf edir, düşmənə göz dağı verir”.

“Mən səbirsizliklə Şuşada universitet açılmağını və böyük qürur hissi ilə orada təhsil alacağımı gözləyirəm”

Nəriman Əlizadə IX sinif şagirdidir. O, ən böyük arzusunun Qarabağın ürəyi Şuşa şəhərini görmək olduğunu deyir: “Ağlım kəsəndən evdə valideynlərimdən həmişə Şuşa haqqında eşitmişəm. Buna görə də Şuşanı görməyi arzulamışam. Bəzən bu arzumun ürəyimdə qalacağından çox qorxmuşam. Amma həmişə içimdə bir hiss olub ki, Şuşa bizim olacaq, mən Şuşaya gedəcəm, öz arzuma çatacam. Və o gün gəlib çatdı…

2020-ci il 27 sentyabr tarixi böyük zəfərimizin başlanğıcı oldu. Həmin gün Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçən ordumuz 30 illik həsrətimizə son qoydu. Prezidentimizdən, xalqımızın birliyindən ilham alan ordumuz düşməni iti qovan kimi qovdu. Azərbaycan beynəlxalq təşkilatların 30 ildə əldə edə bilmədiyi problemi 44 günə həll etdi. Bütün dünyaya bəyan etdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Arzudan arzu doğur, deyirlər. Mən arzuma çatdım. 8 noyabr tarixində Şuşa şəhərinin azad olunması ilə ordumuz zəfər çaldı, məni arzuma çatdırdı. Cənab Prezidentimizə bunun üçün öz minnətdarlığımı bildirir, Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzu edirəm. İndi mən səbirsizliklə Şuşada universitet açılmağını və böyük qürur hissi ilə orada təhsil alacağımı gözləyirəm”.

“Ən böyük arzum Şuşada gənc həkim olaraq fəaliyyət göstərməkdir”

Gülay Ələkbərova da Zəfər Günü ilə bağlı təəssüratlarını bizimlə bölüşüb. O, Şuşa rayon 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Günay doğma yurdu Şuşaya olan sevgisini belə ifadə edir: “Şuşanı görməsəm də, amma ruhum həmişə quş kimi bu şəhərin üzərində pərvaz edib. Ağlım kəsəndən valideynlərimin, nənə-babalarımın, qohumlarımın Şuşa haqqında kövrək duyğularla danışdıqları məni bu əsrarəngiz möcüzələr diyarına qovuşmağa tələsdirirdi. Daim internet üzərindən vətənimin tarixini, mədəniyyətini, coğrafi mövqeyini araşdırır içimdə həm vətən sevgisi, həm də vətən həsrəti çulğalaşırdı. Daim Qarabağımıza, Şuşamıza qovuşmaq arzusu ilə yaşayırdım.

Bu gün Şuşada dalğalanan üçrəngli bayrağımız qəlbimizi fərəh hissi ilə doldurur. Hərbçilərimizin Ali Baş Komandana qələbə raportu verdikləri o tarixi anda Şuşayla bərabər sanki Odlar yurdumuzun gözlərinə yenidən isıq gəldi. İndi Şuşada həyat yenidən qaynayır, tarixi abidələrimiz yenidən bərpa olunur. Təbiətin Azərbaycana bəxş etdiyi bu diyar mədəni mühiti ilə ülvi bir gözəlliyə çevriləcək.

Mən də arzularımı gerçəkləşdirərək doğma vətənimdə çalışacam. Ən böyük arzum Şuşada gənc həkim olaraq fəaliyyət göstərməkdir. Çiçəklənən Şuşamda arzularımın çiçək açacağına inanıram”.

Niyazi RƏHİMOV

Oxşar xəbərlər

Bütün xəbərlər