Xəbər lentiwidget-title-icon

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib

ADPU-da BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib - FOTO

ADPU-da BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib - FOTO

Noyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kimya və biologiya fakültəsinin elmi seminarı keçirilib.

ADPU-dan "tehsilmedia.info"a bildirilib ki, seminarda Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının nümayəndələri qonaq qismində iştirak ediblər.

Elmi seminar Ulu Öndərin elmə qayğısı, eləcə də BDU-nun Ekoloji kimya kafedrasının fəaliyyəti ilə tanışlıq və təcrübə mübadiləsi məsələlərinə həsr olunub.

Seminardan öncə ADPU-nun rektoru professor Cəfər Cəfərov BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki abidəsi ziyarət olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin anılması ilə başlanıb.

Seminarda çıxış edən Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva BDU-nun Ekoloji coğrafiya kafedrasının 10-dan çox nümayəndəsinin tədbirdə iştirak etdiyini diqqətə çatdırıb.

Daha sonra BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, həmçinin rəhbəri olduğu kafedranın elmi-tədqiqat fəaliyyəti ilə bağlı məruzə edib. Məruzədə qeyd olunub ki, kafedranın təməlində 2001-ci ildə mərhum akademik Rəfiqə Əliyeva tərəfindən yeni bir elmi istiqamət kimi əsası qoyulan Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası dayanır. Bildirilib ki, hazırda kafedra əməkdaşları, əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında ətraf mühitin ekoloji-kimyəvi tədqiqi üzərində çalışırlar. Kafedrada ekoloji kimya üzrə elmlər doktorluğu proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

Digər çıxış edənlər ADPU və BDU-nun müvafiq kafedra və fakültələri arasında elmi-pedaqoji əlaqələrin perspektivlərini qeyd ediblər.

ADPU-da BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib - FOTO

ADPU-da BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib - FOTO

ADPU-da BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib - FOTO

ADPU-da BDU-nun Ekoloji kimya kafedrasının nümayəndələrinin iştirakı ilə seminar keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər