Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

“Ədibin evi” əski Azərbaycan əlifbası üzrə təlim kursu təşkil edəcək

“Ədibin evi” əski Azərbaycan əlifbası üzrə təlim kursu təşkil edəcək

İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə 2024-cü ilin əvvəlindən “Əski Azərbaycan Əlifbası” üzrə bir semestrlik təlim kursu təşkil ediləcək.

tehsilmedia.info xəbər verir ki, ilk qəbul sinfi on tələbə üçün nəzərdə tutulan kursun iştirakçıları Azərbaycanda 1929-cu ilədək işlədilən ərəb qrafikalı əski əlifbanın təməl qaydalarını öyrənəcək və bununla, müvafiq dövrün əlyazma və çap, dövri mətbuat və müxtəlif ədəbiyyat nümunələrini mütaliə və tədqiqat bacarığına yiyələnəcəklər.
Tədris 2024-cü ilin yanvar ayının ortasından başlayaraq çərşənbə və cümə günləri saat 16:00-18:00-də “Ədibin Evi”ndə aparılacaq.
Namizədlər dekabrın 20-dək https://rb.gy/usjsp linki vasitəsilə ərizə formasını doldura bilərlər.

Tələbələrin seçimində üstünlük tarix, filologiya, jurnalistika və kitabxanaçılıq sahəsi üzrə tədqiqatçılara veriləcək. Kurs üzrə təhsil haqqı “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun ianələri hesabına ödəniləcək. Kursu uğurla bitirənlər sertifikat qazanacaqlar.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən bəri zəngin tariximiz və ədəbiyyatımızın öyrənilməsi, mirasımızın qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə əski Azərbaycan əlifbasının öyrənilməsi istiqamətində fəaliyyət artıb. “Ədibin Evi” öz təşəbbüsü ilə bu səylərə dəstək verəcək.

Qeyd edək ki, “Ədibin Evi” XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı ünvandır. Burada fəaliyyət göstərən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər həyata keçirir.

Oxşar xəbərlər

Bütün xəbərlər