Xəbər lentiwidget-title-icon

Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib

Berlində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu başlayıb - FOTO

Berlində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu başlayıb - FOTO

“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu öz işinə başlayıb.

tehsilmedia.info xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca ümummilli liderin anadan olmasının 100 illiyinə Diasporla İş üzrə Dövlət Komitəsinin həsr etdiyi “Heydər Əliyev və Azərbaycan diasporu” sənədli filmi və şanlı Zəfərimizi əks etdirən “Xalqa verilən söz həqiqətə çevrildi” videoçarxı nümayiş olunub.

Sonra tədbirin moderatoru Dr. Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının və Almaniyadakı azərbaycanlı həkimlərin fəaliyyətindən bəhs edən videoçarxı təqdim edib.

Forumda çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, Almaniyada yaşayan azərbaycanlıların birliyini müşahidə edirlər: “Bizim hər birimizin vəzifəsi Azərbaycanla bağlı həqiqətlərin dürüst şəkildə yerli ictimaiyyətə çatdırılmasıdır. Almaniyadakı Azərbaycan diiasporu xüsusi fəallığı ilə seçilir və mühüm işlər görür. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsi və gücləndirilməsi zəruridir”.

Tədbir dünya azərbaycanlılarının və Azərbaycan diaspor təşkilatlarının müxtəlif ölkələrdə fəaliyyətini əks etdirən məlumat xarakterli videoçarxın nümayişi ilə davam etdirilib.

Forum iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib və forumun işinə uğurlar arzulayıb.

“Ümid edirəm ki, Berlində keçirilən Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu xaricdə çalışan azərbaycanlı həkimlərlə ölkəmizin bu sahədə fəaliyyət göstərən qurumları arasında daha sıx əlaqələrin qurulmasına və xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafında görülən işlərə töhfə verməsinə kömək edəcək. İnanıram ki, hər biriniz milli-mənəvi və dövlətçilik dəyərlərimizi də layiqincə təmsil etmək üçün əməyinizi əsirgəməyəcəksiniz”, - komitə sədri söyləyib.

Sonra Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin forum iştirakçılarına müraciəti təqdim edilib. Forumun işinə uğurlar arzulayan nazir ölkəmizdə həyata keçirilən sosial islahatlar barədə geniş məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova çıxışında bildirib ki, Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər getdikcə artır və bu, ölkə vətəndaşlarının sağlamlığının daha yüksək səviyyədə qorunmasına ciddi təsir edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib ki, xaricdə təhsil alan və çalışan azərbaycanlı həkimlərin bir qrupu artıq Azərbaycanda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərir.

Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin sədri, professor Çingiz Abdullayev çıxışında Almaniyadakı Azərbaycan icmasının uzun illik fəaliyyəti barədə məlumat verib.

II Forumun rəsmi açılış mərasimi Alman-Azərbaycan Cəmiyyəti adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə və Azərbaycanın Almaniyadakı səfirinə xatirə hədiyyəsinin təqdim olunması ilə yekunlaşıb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.

Berlində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu başlayıb - FOTO

Berlində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu başlayıb - FOTO

Berlində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu başlayıb - FOTO

Berlində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu başlayıb - FOTO

Berlində Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu başlayıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər