Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

MDU beynəlxalq konfransda təmsil olunub

MDU beynəlxalq konfransda təmsil olunub

2023-cü ilin 16-17 noyabr tarixlərində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, Universitetdən AzEdu.az-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans trans- regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulması məqsədi daşıyıb.
Zəngilanda və Bakıda təşkil edilməklə iki gün davam edən konfransa yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri qatılıblar. Beynəlxalq konfransda Mingəçevir Dövlət Universitetini (MDU) bu ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov təmsil edib.

Noyabrın 16-da Ş.Bayramov Zəngilanda beynəlxalq konfransın açılışında, panel müzakirələrdə və rayonun Ağalı kəndinə təşkil olunmuş turda iştirak edib. Tur zamanı rektor, həmçinin Ağalı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi, MDU-nun məzunu Şəmsiyyə Şəmsəddinova və şagirdləri ilə görüşüb.

Bundan əlavə, noyabrın 17-də Bakıda işini davam etdirən konfrans çərçivəsində keçirilən “Beynəlxalq nəqliyyat və logistika dəhlizləri sülh və tərəfdaşlıq vasitəsi kimi” mövzusunda panelə Ş.Bayramov moderatorluq edib. Sözügedən paneldə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyası və Belarus ali təhsil müəssisələrindən olan alimlər məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycanın Cənubi Qafqazda sülhün bərpasına verdiyi əhəmiyyətli töhfələrdən, Zəngəzur dəhlizinin açılmasının region ölkələri üçün təqdim edəcəyi potensial imkanlardan, beynəlxalq nəqliyyat dəhlizləri üzrə dövlətlərarası əlaqələndirmənin vacibliyindən, bu sahədə aparılan elmi tədqiqatların verə biləcəyi praktiki faydalardan və digər məsələlərdən bəhs olunub. Maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra panelin işinə yekun vurulub.

Beynəlxalq konfransın işi yekun sessiya ilə başa çatıb.

Qeyd edək ki, tədbirdə 15 ölkə, 8 beynəlxalq təşkilat və beynəlxalq maliyyə institutundan 200-dən çox nümayəndə iştirak edib. Beynəlxalq konfransa müxtəlif ölkələrdən 150-yə yaxın elmi məqalə təqdim olunub ki, onların sırasında MDU alimlərinin müəlliflik etdiyi məqalələr də yer alıb.

MDU beynəlxalq konfransda təmsil olunub

MDU beynəlxalq konfransda təmsil olunub

MDU beynəlxalq konfransda təmsil olunub

MDU beynəlxalq konfransda təmsil olunub

MDU beynəlxalq konfransda təmsil olunub

MDU beynəlxalq konfransda təmsil olunub

MDU beynəlxalq konfransda təmsil olunub

Oxşar xəbərlər

Bütün xəbərlər