Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Uşaqları nevropatoloq və psixoloqluq edən təhsil sistemimiz - NƏ ETMƏLİ?

Uşaqları nevropatoloq və psixoloqluq edən təhsil sistemimiz - NƏ ETMƏLİ?

Orta məktəblərdə dərs yükünün ağır olmasından həm valideynlər, həm də şagirdlər şikayətçidirlər. Valideynlər bildirir ki, dərslərin ağırlığı uşaqlara həm nevroloji, həm də psixoloji təsir edir.

Belə ki, uşaqlar axşama kimi verilən dərsləri yekunlaşdırıb bitirə bilmirlər. Mütəxəssislər də bu fikirlə razılaşırlar. Bütün gününü dərs öyrənməyə həsr edən uşaqlar istirahətə, əlavə məşğuliyyətlərə zaman ayıra bilmirlər. Bu da təbii olaraq onlarda həm nevroloji, həm də psixoloji gərginliyə gətirib çıxarır.

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Gülnar Orucova söylədi ki, bu gün yanımıza gələn şagirdlərin çoxu iki şeydən şikayətçidirlər:

Uşaqları nevropatoloq və psixoloqluq edən təhsil sistemimiz - NƏ ETMƏLİ?

"Birincisi dərs yükünün ağırlığından, ikincisi müəllimlərin şagirdlərə olan rəftarından. Mən çox istəyərdim ki, Elm və Təhsil Nazirliyi belə bir layihə hazırlasın ki, xüsusilə ibtidai sinif müəllimləri uşaqlarla necə davranmaq lazım olduğunu öyrənsinlər. Müəllimlər uşaqları küncə qoyurlar, bu sovetlər dönəmindən qalma bir üsuldur. Amma bilməliyik ki, uşağı küncə qoymaq uşaq şəxsiyyətinin alçaldılmasıdır. Gələcəkdə o uşaqdan nə bir normal vətəndaş, nə də özgüvənli lider olacaq. Məğlub bir şəxs yetişəcək. Uşaq şəxsiyyətini alçaltmaq olmaz. Bəzən eşidirəm müəllimlər deyir ki, biz psixoloji təhsil almışıq, dörd il müddətində psixologiya dərsi keçmişik. Amma psixologiya bilirsiniz necədir? Hər bir insana fərdi yanaşmaq lazımdır. Yeni çıxan təlimlər var, yeni yanaşma metodları var, yeni davranış terapiyaları var. Biz özümüz də psixoloq olaraq onları öyrənirik ki, yeni-yeni üsullardan istifadə edək. Bizə diqqət korreksiyası ilə bağlı müraciətlər olur. Amma müəllimlər də diqqət məşğələləri edə bilər. Əmək təlimi dərsində riyaziyyat keçirlər. Niyə əmək təlimi dərsində riyaziyyat keçirilməlidir? Əmək təlimi dərsi uşağın diqqətini formalaşdırır. Məsələn, bəzi fənlər var ki, həqiqətən də orada elə tapşırıqlar verilir ki, o tapşırıqlar məhz psixoloji tapşırıqlardır".

Psixoloq vurğuladı ki, məktəblərdə dərs yükü həddən artıq çoxdur:

"Nəticə etibarilə beşinci sinifdən hamı başlayır uşağına repetitor tutmağa. Nadir hallarda olur ki, repetitorsuz hansısa uşaq bir universitetə girə bilsin. Əgər mən universitetə hazırlaşmaq üçün uşağımı repetitor yanına qoyacağamsa, onda bu təhsili niyə bu qədər çətin edirlər? Yaxud da mən əgər o repetitora pul verəcəyəmsə, bəlkə elə mən bu ödənişi dövlətə edim, dövlət o müəllimin maaşını daha yüksək etsin. Müəllim elə məhz repetitor fəaliyyəti zamanı verdiyi məlumatları dərs zamanı versin. Yəni Azərbaycanda həqiqətən təhsilin ödənişsiz olmasını, amma ödənişsiz təhsilin də universitetə girmək üçün yararlı və faydalı olmadığını artıq görürük. Düşünürəm ki, təhsil sahəsində yenidən islahatlar keçirilməlidir. Düzgün qurulmamış bir təhsil sistemi var. Uşaqları bu qədər yükləmək olmaz. Bizim dönəmimizdə ev tapşırığı olurdu, bir nömrəli və iki nömrəli dəftərlər olurdu. Müəllim özü deyirdi ki, sən bu tapşırığı sinifdə edəcəksən, digər tapşırığı isə evdə edəcəksən. İndi müəllim təsəvvür edin, sinifdə də tapşırıq yazdırır, evə də tapşırıq verir və məşğələdə ev tapşırığını həll etmək yerinə, bəzən məşğələnin də tapşırığı ayrı olur. Ona görə uşaqlar həddən artıq yüklənirlər, dərsə həvəssiz olurlar, dərsə getmək istəmirlər. Yəni dərs onlarda qıcıq, aqressiya, neqativ hisslər və duyğular yaradır".

Məsələ ilə bağlı Redaktor.az-a danışan nevropatoloq Qalib Əsədov dedi ki, məktəb dərsliklərin müəllifləri hədəf kütləsinin kimliyini unudurlar:

Uşaqları nevropatoloq və psixoloqluq edən təhsil sistemimiz - NƏ ETMƏLİ?

"Məktəb dərsliklərinin müəllifləri unudurlar ki, onların hədəf kütləsi demək olar ki, ilk dəfə nəyisə öyrənməyə başlayacaq. Birinci sinifə gələn uşaq indiyədək oyuncaqlar və nağıllar dünyasında yaşayırdı. Birdən-birə biz onu rəngli dünyadan ayırıb bir otağa salırıq və deyirik ki, burda sakit oturmalısan, dinləməlisən, öyrənməlisən və tapşırıqları yerinə yetirməlisən. Bəs oynamaq, həyətə çıxmaq, ayaqyoluna getmək və yemək yemək? Onlar üçün çox limitli və icazəli vaxt var. Uşaq da ürəyində düşünür ki, "mən duran yerdə nə işə düşdüm?" Belə bir vəziyyətdə bizim tək yolumuz var - uşağa məktəb və dərslərin kifayət qədər maraqlı olduğunu göstərmək.

Olduqca ciddi mətnlər maraqsız, süni şəkildə, hətta yuxarı sinif müəllimlərinin belə başa düşülməyəcəyi dildə yazılanda uşaqlarda məktəbə, oxumağa nifrət yaranır. Dərs yükünün çoxluğundan repetitor yanına gedirlər. Repetitor yanına gedəndə isə onlar istirahət edə bilmirlər. Hər bir insan, uşaq istirahət etməlidir".

Nevropatoloq qeyd etdi ki, istirahət olmayanda xroniki yorğunluq sindromu əmələ gəlir, beyin yorulur, qavrama qabiliyyəti aşağı düşür, yuxusuzluq, əsəbilik baş verir və aqressiya həddindən artıq çoxalır:

"Uşaq bu cür yükün altında çaşır, itib batır, özgüvənsizlik yaranır. Üstəlik də hər valideynin övladını repetitor yanına qoymaq imkanı yoxdur. Repetitor yanına getmir, məktəbdə dərs keçmirlər və başlayır psixoloji problemlər yaranmağa. Qəbul imtahanından sonra intiharların sayının artması, yeniyetmələrin aqressiv olması, qeyri dərs sistemlərinə qarşı olan həvəsin artması məhz bu gün təhsil sisteminin düzgün qurulmamağının hesabınadır. Məktəblərdə elə bir təcrübələr aparılmır ki, uşaqlar ruhlansınlar. Şagirdlər adicə qələvi görmürlər, lakmus kağızı nə cür boyanır bilmirlər. Mən 40 il əvvəl məktəbə getmişəm, bizə onların hamısı keçirilirdi və bu gün də mənim yadımda qalıb. Bu təcrübələri məktəbdə keçirdilər və məktəb bizim üçün əyləncə olurdu. Hətta yay tətilində məktəbin başlaması üçün darıxırdıq. Bu gün doqquzuncu sinifdən sonra ümumiyyətlə məktəblərə gedən yoxdur. Hamı repetitor yanındadır. Bu da psixoloji yükə, psixoloji gərginliyə gətirib çıxarır. Əlbəttə ki, bizə də bu problemlərlə bağlı hər zaman müraciətlər daxil olur. Xüsusilə də abituriyentlik dövründə uşaqların əksəriyyətində problem yaranır. Xroniki yorğunluq, yuxusuzluq, əsəbilik, əmək qabiliyyətinin itməsi, imtahanla bağlı qorxu hissləri, narahatlıq hissləri çox olur".

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

Uşaqları nevropatoloq və psixoloqluq edən təhsil sistemimiz - NƏ ETMƏLİ?

Oxşar xəbərlər

Bütün xəbərlər