Xəbər lentiwidget-title-icon

Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək

MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 44 günlük Vətən müharibəsinin şəhidi Elşən Müslümovun həyat və döyüş yolundan bəhs edən “Hər iki dünyada cənnət mələyim” adlı kitabın təqdimatı keçirilib.

tehsilmedia.info xəbər verir ki, öncə Vətənimizin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

MEK-in direktoru professor Məmməd Əliyev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün rəhbərlik etdiyi müəssisədə kitabxana sistemində ilk olaraq, Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradıldığını və sözügedən fondda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. “İstər birinci Qarabağ müharibəsində, istərsə də Aprel, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində igidlərimiz çiyin-çiyinə vuruşdu. Qəhrəman şəhidlərimizin hər birinin haqqında yazılan kitablar çox dəyərlidir və bir azərbaycanlı olaraq onlarla qürur duyuruq. Onlar bizim qəlbimizdə əbədi xatırlanacaq və bu kitab MEK-in fondunda öz layiqli yerini tutacaq”,- deyə direktor qeyd edib.

Təqdimatda çıxış edən millət vəkili Səbinə Xasayeva son illər ardıcıl olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü, kitablar yazıldığını bildirib, həmçinin Vətən uğrunda şəhid olan bütün Azərbaycan övladlarının tanıdılmasının, gələcək nəsillərə bu ideologiyanın ötürülməsinin ən vacib məsələlərədən olduğunu diqqətə çatdırıb. “Qazanılan qələbəyə görə Müzəffər Ali Baş Komandana, şanlı Ordumuzun bütün zabit və əsgərlərinə borcluyuq”,- deyə millət vəkili qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun bütov Azərbaycan uğrunda apardığı haqlı mübarizənin Vətən müharibəsində parlaq və qeyd-şərtsiz qələbəsinin məntiqi nəticəsi kimi, bu gün üçrəngli bayrağımızın Xankəndi səmalarına yüksəldiyini, tarixi ədalətin bərqərar olduğunu qeyd edib. B.Nəbiyev vurğulayıb ki, “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün Qarabağ Azərbaycandır və nida deyir. YAP Yasamal rayon təşkilatının sədri şəhidlərimizə Allahdan rəhmət diləyib, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə hər zaman dövlətin, ölkə rəhbərinin ətrafında sıx birləşən Qarabağ qazilərinə isə can sağlığı arzulayıb. Çıxışı zamanı, həmçinin 2023-cü ilin Azərbaycan dövləti və xalqı üçün əlamətdar hadisələrlə zəngin keçdiyini də nəzərə çatdırıb.

Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi dosent, Vətən müharibəsi iştirakçısı Radif Mustafayev qeyd edib ki, canları, qanları bahasına vuruşan, bizə bu qüruru və sevinci yaşadan Şanlı Ordumuzun bütün əsgər və zabitlərinə qəhrəmanlıq dastanları yazılmalı, onları unutmamalı, daima yaşatmalıyıq.

Şəhidin valideynləri ailələrinə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini deyib, oğulları haqqında xatirələrini bölüşüblər. Elşən Müslümovun Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını, Bakıda II Fəxri Xiyabanda dəfn edildiyini vurğulayıblar. Şəhid valideynləri onları hər zaman əziz tutanlara səmimi duyğulara görə təşəkkür ediblər.

Kitabın müəllifləri Elşən və Şəhanə Abdullayevlər əsərin ərsəyə gəlməsindən, şəhidin igidliyi və qəhrəmanlığından, keçdiyi 25 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs ediblər.

Təqdimat mərasimində millət vəkili Ülvi Quliyevin köməkçisi Nurlan Musayev, Ədəbiyyat İnstitunun əməkdaşı Töhfə Talıbova, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə müstəqilliyimizin əbədi, torpaqlarımızın azad, şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıblar.

Təqdimat mərasimində şəhidin qızı Elnaz Müslümovanın “Azərbaycan” şeirini səsləndirməsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

MEK-də şəhid Elşən Müslümova həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər