Xəbər lentiwidget-title-icon

Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Övladlarının əməlinə görə məktəbə çağırılan valideynlərə XƏBƏRDARLIQ EDİLDİ
"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA
ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır
Taksi sürücüləri üçün test imtahanı keçiriləcək
Məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Nazir müavini Həsən Həsənli Sumqayıtda Bilik Günü tədbirində iştirak edib - FOTO
Toronto Universitetinin azərbaycanlı məzununun adı Kanadada əbədiləşdirilib
Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO

Dövlət qulluğuna qəbul üçün Naxçıvanda keçirilən test imtahanının nəticəsi elan olunub

Dövlət qulluğuna qəbul üçün Naxçıvanda keçirilən test imtahanının nəticəsi elan olunub

Dövlət qulluğuna qəbul olmaq üçün dekabrın 24-də Naxçıvanda keçirilən test imtahanının nəticəsi elan olunub.

tehsilmedia.info xəbər verir ki, kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 370 namizəddən 4 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 1 nəfər, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 1 nəfər, BA4 altqrupu üzrə 2 nəfər, BB1 altqrupu üzrə 34 nəfər, BB2 altqrupu üzrə 37 nəfər, BB3 altqrupu üzrə 47 nəfər, BB4 altqrupu üzrə 50 nəfər olmaqla, ümumilikdə 174 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2023-cü il dekabrın 26-dan 2024-cü il yanvarın 11-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

· ali təhsil haqqında sənədin surəti;

· əmək kitabçasının surəti (olduğu halda).

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26 dekabr saat 10:00-dan 28 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Oxşar xəbərlər

Bütün xəbərlər