Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Elmi necə populyarlaşdıraq? – “Bəzi jurnalların oxucusu müəllifin özüdür...”

Elmi necə populyarlaşdıraq? – “Bəzi jurnalların oxucusu müəllifin özüdür...”


Elmin zənginləşməsi üçün elmi jurnallar bilavasitə rola malikdir. Bu jurnalların oxunması həm müəllifin, həm ölkənin, həm də jurnalın genişmiqyasda tanınmasına səbəb olur.

Bəs, görəsən, jurnalları geniş oxucu kütləsinə çatdırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov açıqlama verib.

Professor qeyd edib ki, bu gün elə jurnallar var ki, ondan sadəcə müəllifin özünün xəbəri olur:

“Jurnalların əsas məqsədi informasiyanı oxucuya çatdırmaqdır. Jurnallar iki cür olur. Ya oxucu üçün nəzərdə tutulur, ya da müəllif üçün. O, müəllif ehtiyacını qarşılamaq, elmi dərəcə üçün nəzərdə tutulan elmi məqalənin çapını reallaşdırmaq məqsədi güdür. Bu cür jurnallarda müəllif özü məqalə çap edir, oxucusu olmur, heç kimin də bu məqalədən xəbəri olmur.

Nəticəyönümlü akademik fəaliyyətdə jurnal oxucuya xidmət edir, cəmiyyətin inkişafında mühüm rol oynayır. Müəyyən jurnallar var ki, cəmiyyətin inkişafında böyük üstünlüklərə malikdir. Onlar dövlət qurumlarında, özəl sektorlarda masaüstü jurnal kimi təqdim olunaraq, oxunur.

Sovet vaxtı bəzi jurnallar var idi ki, burada universitetin xəbərləri, elmi əsərləri barədə məlumatları əks olunurdu. Artıq bu jurnallar sıradan çıxır, ciddi qəbul olunmur”.

İqtisad elmləri doktoru vurğulayıb ki, bu gün “Yırtıcı” və “Zibil” jurnallar var:
““Yırtıcı” o jurnallardır ki, onlar elmdə qəbul olunmur və saxta xarakter daşıyır. Onlar müəllifdən pul alaraq məqaləsini çap edirlər, əslində isə bu jurnalların rəyçisi olmur və ancaq sadəcə göstəriş xarakterlidir. Çox təəssüf ki, bir qrup insanlar deyirlər ki, bizim məqaləmiz xəbərimiz olmadan ABŞ-də, Hollandiyada çap edilib. Araşdırdıqda görürük ki, həmin məqalələr “Yırtıcı” jurnallarda yayımlanıb.
“Zibil” jurnallar isə heç kəs tərəfindən istifadə olunmur. Müəllif sadəcə göstərir ki, mənim məqaləm var, ancaq oxucusu yoxdur”.

Z.Məmmədov bildirib ki, Qarabağ haqqında jurnal hazırlanarsa, bütün dünya məhz o jurnala müraciət edər:

“Bu gün bizim əsas məqsədimiz jurnalların oxunaqlı hala gətirilməsi olmalıdır. Azərbaycanda elə jurnallar hazırlanmalıdır ki, onlara tələbat çox olsun. İnsanlar ixtisaslaşmaya doğru gedir, konkretliyi sevirlər. Ölkəmizdə “Qarabağ”, “Azərbaycan iqtisadiyyatı”, “Cənubi Qafqaz”, “Xəzəryanı ölkələrin iqtisadiyyatı” kimi jurnallar yaradılsa, çox böyük uğur qazana bilər.

Məsələn, Qarabağ haqqında jurnal çap olunsa, bütün dünya Qarabağla bağlı məhz o jurnala müraciət edəcək. Çünki o, Qarabağla bağlı oxucunu maraqlandıran bütün suallara cavab verəcək. Hətta ABŞ-də, İngiltərədə olan insan belə ağlına gələn istənilən sualla bağlı müvafiq jurnala baxa bilər

Bir vaxtlar ABŞ-ın Milli Elm Fondu büdcəsinin 70%-ni Rusiyada yayımlanan jurnalların tərcüməsinə ayırmışdı. Onlar bildirirdilər ki, biz elmi texniki tərəqqinin inkişafını jurnallardan oxuyaraq əldə edirik. Bəzən biz məqalədə dil faktorunu diqqətə çatdırırıq, amma əsas məzmundur. Məzmun gözəl olandan sonra oxucu onu annotasiyadan oxuyur, lazım olarsa pul verib tərcümə edir”.
“Ayrı-ayrılıqda qurumlara bağlı olan jurnallar inteqrasiya olunsunlar”, -deyə Z.Məmmədov qeyd edib:
“Ayrılıqda fəaliyyət göstərmək yerinə gücləri birləşdirib, güclü jurnallar ortaya qoymaq lazımdır. Elmi jurnalların inkişfı ilə bağlı konsepsiyalar ortaya qoyulmalıdır. Hər bir ölkənin elmi gücü onun elmi əsərləri ilə ölçülür.

Vaxtı ilə popuri jurnallar var idi. Hazırda o mənzərəni görmürəm. Elmin populyarlaşdırılmasından danışırıq, bəs ona uyğun jurnallarımız varmı? Elmi sevdirmək üçün bu cür jurnallara ehtiyacımız var. Şəhər, bulvar rəhbərliklərinə müraciət edirəm ki, elmin populyarlaşdırılması, jurnalların tanıtımı ilə bağlı müəllif və oxucular arasında görüşlər keçirsinlər. Moskvada Qorki adına parkda jurnalların redaktorları ilə görüş olur, eyni ilə Polşada jurnal redaktorları ilə müəyyən gün təyin edilərək görüşlər keçirilir. Burada oxucularla müzakirələr edilir, fikirlər səsləndirilir, asudə vaxtı maraqlı keçirərək jurnalların tanıtımı ilə bağlı danışılır.

Biz görürük ki, şəhərin mərkəzində yemək və.s bağlı yarmarkalar açılır, çox gözəl! Bəs nəyə görə elmi yarmarka təşkil etməyək? Axı maddiyat, qida, istehlak ehtiyacı ilə yanaşı mənəvi ehtiyaclarımız da qarşılanmalıdır. Ümumiyyətlə ölkəmizdə elektron kiosklar olmaldır. İstər metroda, istər hava limanında, istərsə də şəhərin müxtəlif yerlərində quraşdırılmalıdır. Belarusiyada təyyarədə sərnişinlərə jurnallar təqdim edirlər. Beləcə insanlar yolboyu həmin məqalələri, yazıları oxuya bilirlər. Vaxtı ilə “Ədəbiyyat” jurnalı var idi ki, hər kəs onu alıb oxumağa can atırdı. O qədər çox alınırdı ki, tapılmırdı. Məhz jurnallar elmin inkişafına, onun populyarlaşmasına, alimlərin ictimaiyyətdə inkişafına, tanıtımına dəstək olur. Bizim televiziyalarda heç rastlaşmamışam ki, toplaşıb jurnallarda olan məqalələr müzakirə edilsin. Əslində verilişlərdə “filan jurnalın yeni nömrəsi çıxdı, bu nömrədə filan akademikin məqaləsi yer alır” deməlidirlər. Akademikləri yazıları, fikirləri ilə tanımalıyıq”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq