Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Xüsusi təhsil üzrə dərs müddətləri AÇIQLANDI

Xüsusi təhsil üzrə dərs müddətləri AÇIQLANDI


Xüsusi təhsil üzrə I siniflərdə dərs müddəti 35 dəqiqə, digər siniflərdə isə 45 dəqiqədir.

"tehsilmedia.info"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda əksini tapıb.

Təhsilalanlar üçün ev tapşırıqlarının həcmi onların yerinə yetirilməsinə ayrılan vaxta görə müəyyənləşdirilir. I siniflərdə ev tapşırığı verilmir, II sinifdə 30-40 dəqiqəyədək, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saatadək, IX-XII siniflərdə 2,5 saatadək müddətə yerinə yetirilməsi mümkün olan ev tapşırığı verilə bilər.

Xüsusi təhsildə təhsil müəssisəsinin I sinfinə qəbul edilmiş təhsilalanların yaş həddinin ibtidai təhsil üzrə müəyyən olunmuş yaş həddindən artıq olmasına yol verilir.

Tədris ilinin sonunda xüsusi təhsilə cəlb olunan təhsilalanların tərkibinə yenidən baxıla bilər. Onların digər xüsusi ümumtəhsil məktəbinə, internat tipli xüsusi ümumtəhsil məktəbinə, inteqrasiya təlimli ümumtəhsil məktəbinin xüsusi sinfinə, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin xüsusi sinfinə və ya sağlamlığı imkan verərsə, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həyata keçirilir.

Tətil, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində və internat tipli xüsusi ümumtəhsil məktəbində qalan təhsilalanlar tam gün qruplarında birləşdirilirlər.

Bir ailənin uşaqları (bacı-qardaşlar), habelə qohumluq əlaqəsi olan sağlamlıq imkanları məhdud uşaqlar eyni təhsil müəssisəsinə qəbul edilirlər. Həmin uşaqlardan birinin tibbi göstəriciləri və ya sağlamlığının vəziyyəti uyğun gəlmirsə, o, aidiyyəti təhsil müəssisəsinə göndərilir.

Təhsil müəssisəsinə qəbul, təhsilalanların sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi Nazirlik tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Təhsilalanların təhsili təhsil proqramının uyğunlaşdırılması və sadələşdirilməsi vasitəsilə həyata keçirilir. Xüsusi təhsildə təhsilalanların əqli və ya fiziki pozuntu- larının xarakteri əsas götürülməklə, dərs prosesində fasilələrlə bədən tərbiyəsi keçirilə bilər.

Müalicə gimnastikası aparılan təhsil müəssisələrində həmin məşğələlər günün həm birinci, həm də ikinci yarısında təsdiq edilmiş cədvəl üzrə loqoped tərəfindən aparılır.

Müalicə kursuna görə təyin edilmiş müxtəlif prosedurların qəbulu hər bir təhsilalan üçün fərdi qaydada müəyyənləşdirilir və dərs cədvəlinə əsasən tənzimlənir. Təhsil müəssisələrində təhsilalanların nitqindəki pozuntunu aradan qaldırmaq, onların tədris materiallarını yaxşı mənimsəməsinə zəmin yaratmaq məqsədilə dərsdənkənar vaxtlarda loqoped tərəfindən ayrıca cədvəl üzrə fərdi və qrup məşğələləri təşkil edilir, habelə ritmika və müalicə xarakterli bədən tərbiyəsi məşğələləri aparılır.

Təhsilalanların müstəqil həyata hazırlanması və sosial uyğunlaşması üçün təhsil müəssisələrində peşəyönümü xidməti təşkil edilir.

Təhsilalanlar peşəyönümü xidmətinə cəlb edilərkən, onların sağlamlığı və fiziki hazırlığı barədə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınır. Təhsilalanlara peşəyönümü xidməti Nazirlik tərəfindən təsdiq olunan proqramlar əsasında bu məqsədlə xüsusi təchiz edilmiş emalatxanalarda təşkil olunur. Təhsil müəssisələrində əqli geriliyi olan təhsilalanlar peşəyönümünə (dərsdənkənar) 12 yaşdan cəlb edilirlər.

Tədris planına əsasən, istehsalat təcrübəsi peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda aparılır. İstehsalat təcrübəsinin müddəti gün ərzində 4 saatdan artıq olmamalı və məsul müəllimin rəhbərliyi altında keçirilməlidir. Təhsilalanlar təhsil müəssisələrində tam dövlət təminatındadırlar.

Təhsilalanlar müəyyən edilmiş normativlər və qaydalar üzrə yemək, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları, avadanlıqlar və s. ilə təmin olunurlar.
İİnternat tipli xüsusi ümumtəhsil məktəblərini, inteqrasiya təlimli ümumtəhsil məktəbinin xüsusi siniflərini bitirən məzunlara paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş miqdarda birdəfəlik pul vəsaiti verilir.

Təhsilalanlar təhsil müəssisəsinin yataqxanasında qala bilərlər. Əqli geriliyi olan təhsilalanların, eləcə də I-VI sinif üzrə təhsilalanların valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan evə müstəqil gəlib-getməsinə icazə verilmir. Digər təhsilalanların evə müstəqil gəlib-getməsinə yalnız valideyninin və ya digər qanuni nümayəndəsinin yazılı müraciəti əsasında icazə verilir.

Aztəminatlı ailələrin, tək anaların, əlilliyi olan valideynlərin uşaqları internat tipli xüsusi ümumtəhsil məktəblərini bitirdikdə, onlara yay geyim dəsti və ayaqqabı ilə birlikdə istifadələrində olan istehlak müddəti bitməmiş qış mövsümü üçün geyim dəsti və ayaqqabı verilir.

Təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi – attestat, müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə isə arayış verilir.

Peşə öyrədilən təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədi ilə yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat verilir. Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı sertifikatı olan şəxslər peşə təhsili müəssisəsinə müsabiqədənkənar qəbul edilir və müvafiq ixtisasın təhsil proqramında tədris olunmuş modullar nəzərə alınır.

Oxşar xəbərlər


Bütün xəbərlər

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq