Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu

SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu

SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu
Fevralın 15-də Sumqayıt Dövlət Universitetində 3 gün davam edən “Elm və Mühəndislik” düşərgəsinin son günü uğurla tamamlandı.
İlk olaraq düşərgəni “SOCAR Downstream Management” MMC-nin əməkdaşlarından İşə qəbul rəhbəri Ülvi Gülüşov açaraq gələcək mühəndislərin şirkətlə bağlı məlumatlandırılmasını təmin etmək məqsədilə təqdimatla çıxış etdi. İstehsalat üzrə böyük mütəxəssis Əhməd Əhmədzadə və Mexanika üzrə menecer Fərid Novruzov isə şirkətin istehsal sahələri, fəaliyyət istiqamətləri, hədəfləri və əmək şəraiti haqqında ətraflı məlumat verdilər.Təqdimatdan sonra tədbirin sual-cavab qismində fəallığı ilə seçilən tələbələr “SOCAR Downstream Management” MMC-nin hədiyyələri ilə mükafatlandırıldılar.
Düşərgənin II təqdimat hissəsində isə Azərbaycan-Gürcüstan-Türkiyə regionunda tanınan BP şirkətinin Təzyiq sistemlərin bütövlüyünün idarə olunması üzrə mühəndisi Aynurə Dəmirlinin gənclərlə görüşü baş tutdu. Görüşdə şirkətin fəaliyyəti və şirkət tərəfindən reallaşdırılan layihələr barədə ətraflı məlumat verildi. Həmçinin tələbə və məzunlar üçün yaradılan imkanlar, iş və təcrübə proqramlarından danışıldı. Aynurə Dəmirlinin çıxışına yüksək maraq göstərən tələbələr suallar ünvanladılar. Sualları cavablandıran BP nümayəndəsi tələbələri fəal olmağı və BP-nin tələbə və məzunlar üçün yaradılan imkanlardan faydalanmağı tövsiyə etdi.
“Elm və Mühəndislik” düşərgəsi çərçivəsində iştirakçılar SOCAR Polimer MMC-nin istehsal sahələrinə ekskursiyada oldular. Onlar zavodun ekstruder, polimerizasiya qurğuları, anbar və idarəetmə otağını daha yaxından görmək imkanı qazandılar. Xüsusilə, laboratoriyalar iştirakçılarda böyük maraq oyatdı.
Ekskursiyadan sonra universitetin rektoru dosent Rüfət Əzizov düşərgənin sonuncu günü iştirakçılar ilə görüşdü, universitet tarixində ilk dəfə olaraq “Karyera və Məzunlarla İş Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən “Elm və Mühəndislik” düşərgəsində qarşıya qoyulan məqsədlərə nail olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, düşərgənin təşkili universitet-sənaye əməkdaşlığının potensial inkişaf istiqaməti üçün böyük töhfə olmağı ilə yanaşı, həmçinin müxtəlif nüfuzlu şirkətlərin mütəxəssisləri ilə təşkil olunan görüşlər də onların gələcək karyerasına öz müsbət təsirini göstərəcək.
Rektor gənclərin dayanıqlı inkişafına xidmət edən bu tip genişmiqyaslı layihələrin davamlı olmasını arzuladı.
Sonda düşərgə iştirakçılarına rektor dosent Rüfət Əzizov tərəfindən sertifikatlar təqdim edildi. Bununla da SDU-nun ilk “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla, xoş təəssüratlarla yekunlaşdırdı.

SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu
SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu
SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu
SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu
SDU-da “Elm və Mühəndislik” düşərgəsi öz işini uğurla başa vurdu

Oxşar xəbərlər

Bütün xəbərlər