Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Ötən il nə qədər şagird olimpiadalarda uğur qazanıb? – RƏSMİ

Ötən il nə qədər şagird olimpiadalarda uğur qazanıb? – RƏSMİ

Hər il ölkədə şagirdlər arasında beynəlxalq fənn olimpiadaları həyata keçirilir.

Belə ki, olimpiada da yer alan fənlər sırasına riyaziyyat, fizika, kimya, biologiya və informatika daxildir.
Maraqlıdır, 2023-cü il üzrə neçə şagird beynəlxalq olimpiadalarda uğur qazanıb? Qazanılan qızıl, gümüş və bürünc medal alanların sayı nə qədərdir?

Mövzu ilə bağlı Təhsilmedia.az AzEdu.az-a istinadən bildiriri ki, Təhsil Portalı olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutuna sorğu ünvanladıq.

İnstitutdan sorğumuza cavab olaraq bildirilib ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən beynəlxalq fənn olimpiadaları hər il dünyanın müxtəlif ölkələrinin ev sahibliyi ilə həyata keçirilir:
“Azərbaycan məktəbliləri müstəqillik tarixindən bu yana, əsasən, 1992-ci ildən günümüzədək hər il bu mötəbər elm yarışlarında iştirak edirlər.
Beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçmə imtahanları Azərbaycan Respublikasının Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi tərəfindən keçirilməsi təmin edilir. Seçmə imtahanlarına əsasən Respublika fənn olimpiadalarının qalibləri və ya final mərhələdə iştirak etmiş şagirdlər dəvət edilirlər.

Məktəblilərin Beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışının təmin edilməsi məqsədi ilə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzləri yaradılıb və fəaliyyətə başlayıb. Belə ki, hər il 5 müxtəlif fənn üzrə və müxtəlif yaş qruplarında 500-dən çox şagird həmin mərkəzlərdə olimpiadalara hazırlıq prosesinə qoşulur.
Bu mərkəzlərdə şagirdlərin nəzəri və praktiki hazırlıqlarının təmin edilməsi üçün orta məktəblərdən, ali məktəblərdən mütəxəssislər dəvət edilir, eyni zamanda əcnəbi mütəxəsislərin də dəstəyi ilə hazırlıqlar aparılmaqdadır”.
Qeyd edilib ki, beynəlxalq olimpiadalarda ümumilikdə 130 şagird iştirak edib:
“Onlardan 5-i qızıl, 13-ü gümüş, 39-ü bürünc medal, həmçinin 24 həvəsləndirici sertifikat qazanıb.
Ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında qeydiyyatdan keçənlərin sayı 45 933, qızıl medalçıların sayı 84, gümüş medalçıların sayı 166, bürünc medalçıların sayı isə 248 nəfər olub.
Məktəblilərarası VIII Respublika Fənn Müsabiqələrinə ölkə üzrə 31 571 şagird qatılıb, onlardan 211 nəfəri qalib olub.

Lütfi Zadə adına Məntiq Olimpiadası üzrə qeydiyyatdan keçən 18 024 iştirakçıdan 12-si qızıl, 19-u gümüş, 30-u isə bürünc medal qazanıb. Ümumilikdə 61 nəfər qalib olub”.

Oxşar xəbərlər

Bütün xəbərlər