Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

AzMİU tələbələri Biləsuvarın Zəfər parkının dizayn tərtibatını hazırlayacaqlar

AzMİU tələbələri Biləsuvarın Zəfər parkının dizayn tərtibatını hazırlayacaqlar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayner tələbələri Biləsuvar şəhəri timsalında “Şəhər mühitinin dizaynı” layihəsini həyata keçirir.

Mühit dizaynı kafedrasının növbəti kurs işinə həsr olunan real layihədə tələbələrimiz Biləsuvar şəhərinin ən gözəl məkanlarından olan Zəfər parkının ərazisinin abadlaşdırılması, eləcə də orada yer alacaq gözoxşayan məkanların dizayn tərtibatını hazırlayırlar.

Layihə İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Biləsuvar Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Mühit dizaynı kafedrasının müəllimləri Sevda Süleymanova və Aytən Şərifovanın rəhbərliyi 171a qrup tələbələri tərəfindən yerinə yetirilir.

Layihə ilə əlaqədar olaraq yaxın günlərdə universitetin müəllim və tələbə heyəti Biləsuvar rayonunda səfərdə olub. Səfər çərçivəsində tələbələr Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşüblər. Dəyirmi masa arxasında keçən görüşdə layihə barədə geniş fikir mübadiləsi aparılıb, universitet tərəfindən irəli sürülən təklif yüksək qiymətləndirilib.

İcra hakimiyyəti başçısı tələbələrə Biləsuvar şəhərinin zəngin tarixi haqqında məlumat verib, şəhərin abadlaşdırılması ilə bağlı gələcək planlarla tanış edib. Başçı şəhərin ən gözəl məkanlarından olan zəfər parkının ərazisinin abadlaşdırılması ilə bağlı fikirlərini bölüşüb, gələcəkdə ərazidə yer alacaq məkanlar barədə istəklərini dilə gətirib. Görüşdə, həmçinin şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili və rahat istirahət etmələrinə hesablanmış layihə barədə detallara toxunulub, görüləcək işlərə aydınlıq gətirilib.

Görüşdən sonra tələbələr müəllimləri ilə birgə sözü gedən məkana baxış keçirib, ilkin araşdırma işləri görüblər. Məkanla vizual tanışlıqdan sonra müəllimlərin müvafiq təlimatlarına uyğun olaraq fotofiksasiya və ölçmə işlərini aparıblar.

Qeyd edək ki, qrup işi formatında həyata keçiriləcək layihə Mühit dizaynı kafedrası tərəfindən tədris proqramına uyğun olaraq qurulub və yaz semestri ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər