Xəbər lentiwidget-title-icon

Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək

AzTU-da KOB Model Müəssisəsi yaradıldı - FOTO

AzTU-da KOB Model Müəssisəsi yaradıldı - FOTO

Martın 9-da Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsi, Mühəndis Emalatxanası və “AzTU Texnoparkı –Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.

tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədov iştirak edib.

Qeyd olunub ki, Model Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.

KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasınadək real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq. Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verəcək. Model Müəssisənin təlim-tədris auditoriyalarında sahibkarlıqla bağlı ilkin biliklər də veriləcək.

KOB Model Müəssisəsinin universitet – sahibkarlıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan “Mühəndis Gəliştirmə Proqramı”nın (MGP) emalatxanası ilə də tanışlıq olub. Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və MAA ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorantlarıdır.

Bildirilib ki, “AzTU Texnoparkı – Bilişim Vadisi Bakı” şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.

Oxşar xəbərlər

Bütün xəbərlər