Xəbər lentiwidget-title-icon

Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq

Milli Aviasiya Akademiyasında beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib

Milli Aviasiya Akademiyasında beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycanda Gənclər Gününə və Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 9-cu Beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

Təşkilatçıları Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyası olan konfransda Rusiya, Türkiyə, Almaniya, Fransa, Portuqaliya, Litva, Ukrayna, Belarus, Qazaxıstan və Azərbaycandan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 17 universitet, 9 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı firmaları təmsil edən 150-dən çox iştirakçı qoşulub.

Konfransı giriş sözü ilə açan MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.

Qeyd olunub ki, son “Fevral məruzələri”ndən keçən 1 il ərzində ölkəmizin həyatında çox əlamətdar tarixi hadisələr baş verib. Belə ki, 2023-cü il sentyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Azərbaycanın aerokosmik həyatında da əlamətdar hadisələr baş verib. 2023-cü ilin 2-6 oktyabr tarixlərində Bakı mötəbər bir tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib və MAA da öz növbəsində konqresin işində tərəfdaş kimi yaxından iştirak edib.

Builki “Fevral məruzələri”ndə səkkiz bölmə üzrə aerokosmik sahə, mülki aviasiya, nəqliyyat, İKT, aerokosmik monitorinq, meteorologiya, loqistika, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə dair 150-dən çox məruzə təqdim edilib.

Elmi müzakirələrlə yanaşı, konfrans proqramında “Mülki aviasiya irsi və gələcəyə baxış: iqtisadi və hüquqi çağırışlar” mövzusunda dəyirmi masa, həmçinin “X-ray qurğusu vasitəsilə əl yükünə və baqaja baxış” mövzusunda, “Azərbaycanda logistikanın modernləşdirilməsi və rəqəmsallaşdırılması. Yeni bazarlara çıxış” mövzusunda, “Zəngəzur Dəhlizinin Strateji Əhəmiyyəti” mövzusunda ustad dərsləri, eləcə də rus dilində “Beynəlxalq nəqliyyat dəhlizləri və logistik mərkəzlər” (müəlliflər: BalaAğa Kərimov, Elman Nəcəfov, İndira Asilbekova, Alparslan İmamqulu) kitabının geniş təqdimatı da nəzərdə tutulub.

Plenar iclasda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, Baş prokuroru Kamran Əliyev və sonda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva da çıxış ediblər.

Konfransda bir sıra videotəbriklər də səsləndirilib.

Qeyd edək ki, “Fevral məruzələri - 2024” beynəlxalq konfransı fevralın 10-dək davam edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər