Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Məcburi köçkün məktəbinə yerli şagirdlərin qəbul edilməməsinə aydınlıq gətirilib

Məcburi köçkün məktəbinə yerli şagirdlərin qəbul edilməməsinə aydınlıq gətirilib

“2015-ci ildə fəaliyyəti Təhsil Nazirliyi tərəfindən rəsmi təsdiq edilən Bərdədə yerləşən 95 nömrəli Ağdam məcburi köçkün məktəbinin yerli uşaqları qəbul etmək icazəsi olsa da, hazırda məktəbə həmin uşaqların qəbulu dayandırılıb”.

Bu iddia Ağdam rayon 95 nömrəli tam orta məktəb kollektivinin APA-ya müraciətində əks olunub.

Şikayətçilər bildirib ki, hazırda eyni binada yerləşən iki məcburi köçkün məktəbinin fəaliyyəti 2015-ci ildə rəsmi təsdiq edilib, 95 nömrəli məktəbin yerli uşaqları qəbul etmək icazəsi olu

“Ancaq Qarabağ Regional Təhsil İdarəsinin müdir əvəzi Anar Məcidov deyir ki, Bərdədə eyni binada yerləşən 12 nömrəli məktəbə yerli uşaqların qəbuluna icazə verirəm, 95 nömrəli məktəbə yox. Eyni ailədən olan uşaqlardan biri 3-cü sinifdə 95 nömrəli məktəbdə oxuyur, 1-ci sinfə gələn qardaşınının isə bizim məktəbə qəbuluna icazə verilməyib”.

Müraciətdə qeyd edilib ki, Regional Təhsil İdarəsinin qərarı ilə bağlı Elm və Təhsil Nazirliyinə də şikayət edilib

“Lakin Nazirliyə göndərdiyimiz ərizələr araşdırılması üçün yenidən Qarabağ Regional Təhsil İdarəsinə göndərilir. Ağdam təhsil sektoru və həmkar təşkilatı, QRTİ bizim adımızdan saxta məlumat göndərirlər ki, 95 mömrəli məktəbin heç bir şikayəti yoxdur. Məktub yanlış yazılıb”.

Həmçinin şikayətçilər Regional Təhsil İdarəsinin qanunsuz direktor təyinatı apardığını da iddia edib

“Tam qanunsuz olaraq bir neçə məktəb vakansiyaya çıxarılmadan direktor təyinatı edilib - Ağdam 1, 2, 12 və s.r məktəblər”- deyə şikayətdə bildirilib.

Qarabağ Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən yerli ailələrdən olan uşaqların köçkün ümumi təhsil müəssisələrinə qəbulu yerli təhsili idarəetmə orqanları ilə razlaşdımaqla aparılır.

“Cari dərs ili ərəfəsində İdarənin tabeliyində yerləşən köçkün ümumi təhsil müəssisələrinin dislokasiyası, yerləşdiyi ərazidə yerli məktəblərinin mövcudluğu, özünün müstəqil binasının olması kimi məsələlər araşdırılaraq 38 köçkün ümumi təhsil müəssisəsinə yerli şagird qəbuluna icazə verilib”.

Qurumdan o da bildirilib ki, Bərdə rayon Həsənqaya kəndi ərazisində salınmış 588 mənzillik köçkün qəsəbəsində yerləşən Ağdam rayon 12 nömrəli tam orta məktəbin inzibati binasında fəaliyyət göstərən və müstəqil binası olmayan Ağdam rayon 11, 95, Şuşa rayon 18 nömrəli tam orta məktəblər yerli ailələrdə olan uşaqların qəbulunun dayandırıldığı məktəblər sırasına daxil edilib:
“Həmin binada fəaliyyət göstərən Şərqi Zəngəzur RTİ-nin tabeliyində olan köçkün ümumi təhsil müəssisələrinə yerli şagird qəbulu müvafiq qurum tərəfindən dayandırılıb.

Cari dərs ilin ərəfəsində bir sıra valideynlərin mürəciətlərinə fərdi qaydada baxılaraq, onların övladlarının Ağdam 95 nömrəli tam orta məktəbə qəbuluna razılıq verilib.

Bildiririk ki, İdarənin tabeliyində yerəşən və müstəqil binası olmadan digər müəssisələrin daxilində yerləşən heç bir köçkün ümumi təhsil müəssisəsinə yerli şagird qəbuluna icazə verilmir.

Optimallaşdırma və rasionallaşdırma tədbirləri çərçivəsində həmin müəssisələrə işçi və şagird qəbulunun dayandırılması və gələcəkdə fəaliyyətinin dayandırılması, işçilərin digər ümumi təhsil müəssisələrinə rotasiyası planlaşdırılmaqdadır.

Qeyd edəki ki, Ağdam rayon 1 və 2 nömrəli tam orta məktəblərin direktoru vəzifəsinə rotasiya qaydasında, Ağdam rayon 12 nömrəli tam orta məktəbə müsabiqə vasitəsi ilə təyinat aparılıb” – RTİ-nin açıqlamasında qeyd edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər