Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

"Müəllimlərin əksəriyyətinin şəxsi inkişaf planı yoxdur"

"Müəllimlərin əksəriyyətinin şəxsi inkişaf planı yoxdur"

Zaman- zaman cəmiyyətdə müəllimərə verilən əmək haqqı barəsində narazı fikirlər səsləndirilir. Belə ki, müəllimin təhsilə verdiyi keyfiyyətə uyğun əmək haqqının diferensiasiyası məsələsi gündəmə gətirilir.

Maraqlıdır, müəllimlərə verilən əmək haqqı təhsilə verdiyi keyfiyyətə uyğundurmu? Məktəblərdə 45 dəqiqənin keyfiyyəti nədən ibarət olmalıdır?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə bu gün minimum həyat şəraiti ilə əmək haqqı uyğunlaşmır:

“Ölkədə peşə sahələrinə baxanda müşahidə etmək olur ki, maaşların artırılması ilə bağlı ən çox qərar verilən məsələlərdən biri də müəllimlərin əmək haqqısının artırılmasıdır. Lakin bu gün minimum həyat şəraiti ilə əmək haqqı uyğunlaşmır. Amma onu da qeyd etmək lazımdır ki, dövlət ilk fürsətdə müəllimlərin əmək haqqısına artımlar edir.

Reallıqda ondan ibarətdir ki, müəllimin əmək haqqısı nə qədər olursa olsun, bu onun peşəkarlığı ilə uzlaşmalıdır. Müşahidlərimiz onu göstərir ki, Azərbaycanda bir sıra müəllimin peşəkarlığı bugünkü tələblərə cavab vermir. Təəssüfedici hal budur ki, biz daha çox əmək haqqından danışmağı sevirik, amma peşəkarlığımızı artırmaqla bağlı düşünmürük. Müəllimlərin əksəriyyətinin şəxsi inkişaf planı yoxdur”.

Həmsöhbətimiz qeyd edib ki, şagirdlərin təlim-tərbiyə prosesi məktəbdən deyil, ailədən başlayır:

"Təhsilin məqsədi var. Yəni Təhsil haqqında qanunda konkret olaraq göstərilir ki, hər bir müəllimin öhdəlikləri ilk növbədə şəxsiyyət, vətəndaş yetişdirib, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. 45 dəqiqə ilə tədris və ya təlim-tərbiyə prosesi bitmir. Şagirdin təlim-tərbiyə prosesi ailədən başlayır. Çox təəssüf olsun ki, bizdə ailə institutu, dəyərlər dağılıb. Bəziləri uşaq dünyaya gətirməklə ata və ana olmaq statusu arasında fərqi müəyyən edə bilmirlər. Yaxudda müəyyən etmək istəmirlər.

Cəmiyyət isə günahı digərlərində və ya başqa səbəblərdə axtarmağa meyillidir. Bu gün heç kəs güzgüyə baxmaq istəmir. Baş verən neqativ halların səbəbi kimi təhsili günahlandırırlar. Bu doğru yanaşma deyil. Şagird ilk yalanı və bu kimi mənfi məsələləri ilk dəfə ailədə görür. Ona görə də ilk növbədə ailə institutu formalaşmalıdır. Ölkə Prezidenti Bakı Dövlət Universitetinin 100 illik yubileyi mərasimində konkret qeyd etdi ki, ölkədə tərbiyə konsepsiyası yoxdur.

Ölkədə tərbiyə konsepsiyası qəbul edilməlidir. Təhsil məhz həmin tərbiyə konsepsiyasına, yəni milli ideologiya əsasında qurulmalıdır".

Oxşar xəbərlər

Bütün xəbərlər