Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

“Müdriklik mücəssəməsi” adlı kitab işıq üzü görüb

“Müdriklik mücəssəməsi” adlı kitab işıq üzü görüb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən Ulu Öndərin "Müdriklik mücəssəməsi” adlı irihəcmli kitabı "Elm” nəşriyyatında nəşr edilib.

Bu barədə "tehsilmedia.info”a institutdan bildirilib.

Əsərin elmi məsləhətçisi və "Ön söz”ünün müəllifi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, birinci nəşrinin (1999) tərtibçisi professor Vilayət Quliyev, təkmilləşdirilmiş ikinci nəşrinin (2023) tərtibçisi isə filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

Topluda Ümummilli Lider Heydər Əliyevin 1969-2003-cü illərdə humanitar sahə ilə əlaqədar keçirilən qurultaylarda, konfranslarda, mötəbər məclislərdə, görüşlərdə etdiyi məruzələri, çıxışları, söhbətləri, ədiblərə ünvanladığı təbrik məktubları, jurnalistlərə verdiyi müsahibələr dörd bölmə üzrə xronoloji ardıcıllıqla yer alıb.

Nəşrə akademik İsa Həbibbəyli "Heydər Əliyevin dövlətçilik təliminin ədəbiyyat dərsləri” adlı dolğun, səmimi, Ulu Öndərin poeziyaya bağlılığının məhrəm qatlarına işıq salan, onun ədəbiyyat haqqında incələmələrini özündə ehtiva edən geniş və mükəmməl "Ön söz” yazıb.

Kitabın ilk və ən iri bölməsində Ümummilli Liderin Azərbaycan Yazıçılar Birliyinin V, VI, VII və X, Türk Dünyası Yazarlarının III qurultaylarında, "Kitabi-Dədə Qorqud” 1300, Məhəmməd Füzuli 500, Nəriman Nərimanov 100, Üzeyir Hacıbəyli 110, Cəfər Cabbarlı 80, Süleyman Rüstəm 90, Mirvarid Dilbazi 85, Əliağa Vahid 100, Maqsud İbrahimbəyov 60, Yusif Səmədoğlu 60 və başqa yubiley tədbirlərində, ədiblərin abidələrinin açılışında söylədiyi nitqlər, məruzələr, çıxışlar birmənalı olaraq günümüzlə səsləşir, toxunulan problemlər, qabardılan fikir və düşüncələr öz aktuallığını, ədəbi-elmi dəyərini qoruyub saxlayır.

"Müdriklik mücəssəməsi”nin "Görüşlər, xatirələr” adlı ikinci bölməsi Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə qayıtdıqdan sonra ilk dəfə 1993-cü ildə Elmlər Akademiyasının binasında ziyalılarla görüşü zamanı ölkəmizin qədim və çağdaş tarixi, mürəkkəb və tutqun taleyi, klassiklərə və ədəbi irsə yeni baxış, sovet rejiminin mövcud mühit məcrasında, müstəqillik müstəvisində dəyərləndirilməsi məsələləri barədə etdiyi açıq və səmimi söhbətlər ilə açılır.

Heydər Əliyevin teatr tamaşalarını izlədikdən sonra tamaşanın yaradıcı heyətinin peşəkarlığı, sənətkarlıq xüsusiyyətləri, dram əsərinin ideya-bədii və mənəvi-psixoloji məziyyətləri haqqında dəyərləndirmələri xronoloji ardıcıllıqla topluda yer almışdır. Kitabda şairlərə, yazıçılara, söz ustalarına ünvanlanmış təbrik məktubları və xarici jurnalistlərə ədəbiyyatla, mədəniyyətlə bağlı verilmiş müsahibələr də öz əksini tapmışdır.

Akademik İsa Həbibbəyli "Müdriklik mücəssəməsi”nə yazdığı müqəddimədə maraqlı bir məqama diqqəti cəlb edir: "...Görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat haqqındakı fikirləri onun müstəqil dövlətçilik təliminin əsas meyarlarını, vəzifə və məqsədlərini ifadə edən dövlət əhəmiyyətli qənaətlərdən ibarətdir. Ulu Öndərin ədəbiyyata dair irsi dahi şəxsiyyətin siyasi fəaliyyətinin qiymətli səhifələrini təşkil edir. Ədəbiyyat haqqındakı fikirləri Heydər Əliyevin dövlət siyasətinin dərsləri və tezisləridir. Heydər Əliyevin ədəbiyyata dair baxışları görkəmli dövlət xadiminin cəmiyyətin inkişafına aid fikirləridir. Buna görədir ki, müstəqil Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin dövrün xarici işlər naziri Vilayət Quliyevlə bir söhbətində ədəbiyyat haqqındakı nitqlərinin, yazıçı və şairlərə təbrik məktublarının toplandığı "Ədəbiyyatın yüksək borcu və amalı” kitabındakı zəngin materialları nəzərdə tutaraq dediyi "deyəsən, sovet vaxtı mən partiya-təsərrüfat işindən çox, ədəbiyyat məsələləri ilə məşğul olmuşam” - sözləri onun ədəbiyyat işinə dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi verdiyi yüksək qiymətin obyektiv ifadəsidir”.

Heydər Əliyevin "Müdriklik mücəssəməsi” adlı seçilmiş əsərləri humanitar və ictimai elmlər sahəsində çalışan ədəbiyyat, təhsil, mədəniyyət və incəsənət işçiləri üçün mükəmməl elmi-metodoloji vəsait, dəyərli töhfədir.

Oxşar xəbərlər

Bütün xəbərlər