Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Bakıda “AzMİ Akademiya” yaradılır

Bakıda “AzMİ Akademiya” yaradılır

Mayın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və 20 May - Ümumdünya Metrologiya Günü münasibətilə “Dəqiq ölçmələr dayanıqlı yaşıl dünya naminə” mövzusunda V beynəlxalq elmi-praktik simpoziumun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində ADNSU ilə Azərbaycan Metrologiya İnstitutu (AzMİ) arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalanıb.

Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, simpoziumda ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlərin, o cümlədən konfrans və simpoziumların keçirildiyini qeyd edib. O, ADNSU-nun İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan 3 qurum - Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri olduğunu bildirib. Dosent Vazeh Əskərov simpozium çərçivəsində “AzMİ Akademiya”nın yaradılması barədə saziş imzalanmasının innovativ həllərlə tədrisin inkişafı istiqamətində birgə əməkdaşlığa mühüm töhfə verəcək növbəti addım olduğunu deyib.Sonra ADNSU və Azərbaycan Metrologiya İnstitutu arasında “AzMİ Akademiya”nın yaradılması barədə saziş imzalanıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranov çıxışında “AzMİ Akademiya”nın yaradılmasının ADNSU ilə əlaqələrin yeni müstəvidə inkişafında, metrologiya infrastrukturunun inkişafında xüsusi rolu olacağına əminliyini deyib.

Konfransa onlayn qoşulan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) direktoru Mustafa Çetintaş və direktor müavini Ramiz Hamid simpoziumun əhəmiyyətindən danışıb və “AzMİ Akademiya”nın yaradılması münasibətilə təbriklərini çatdırıblar.

Sonda ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının müdiri, simpoziumun həmsədri, professor Lalə Bəkirova bu tədbirin yaşıl dünya quruculuğundakı rolu və əhəmiyyətindən danışıb. Beynəlxalq simpoziuma onlayn formatda Türkiyə, Qazaxıstan, Rusiya, Portuqaliya, Fransa və digər ölkələrdən 50-yə yaxın iştirakçı qoşulub.

Simpozium yaşıl dünya naminə metrologiyanın bu günü və sabahı, yaşıl dünya konsepsiyalarında mexatronika mühəndisliyinə yeni yanaşma, müasir ölçmələrdə yaşıl texnologiyalar və digər mövzularda çıxışlarla davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər