Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

Xaricdə universitet seçərkən nəyə diqqət etməli? - Açıqlama

Xaricdə universitet seçərkən nəyə diqqət etməli? - Açıqlama

Son illər Nazirlər Kabinetinin təsdiq etdiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapan yeni tələblərə əsasən, bir çox baryerlərin aradan qaldırılması nəticəsində diplomların tanınmasından imtina sayında azalma müşahidə olunsa da, bu kimi hallar hələ də müşahidə olunmaqdadır. Onu da xatırlatmaq yerinə düşər ki, hələ 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar verib” .

Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. O, xaricdə təhsil almaq istəyən şəxslərin diqqət edəcəyi bir çox məqamların olduğunu bildirib:Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmaq barədə tövsiyə xarakterli xəbərdarlığı bu kimi problemlərin aradan qaldırılmasına təsirsiz ötüşməyəcək. Xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu Azərbaycanda tanınacaqmı?” sualına cavab tapmalıdır. Nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər. Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən. Bir çox məzunlar müəyyən işbazların, vasitəçi şirkətlərin vədlərinə aldanaraq nüfuz xətrinə xarici ölkələrə üz tuturlar. Baxmayaraq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində “heç bir şirkətlə əməkdaşlıq etmədiyini” və bu şirkətlərin fəaliyyətinə görə “heç bir məsuliyyət daşımadığını” dəfələrlə bəyan edib. Bununla belə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması sahəsində müəyyən irəliləyişlər olmasına baxmayaraq, hələ də diplomların tanınmaması təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqda davam edir.Ayrı-ayrı ölkələri problemə fərqli yanaşma tətbiq edirlər. Hansısa ölkə ilkin bazaya – attestata önəm verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür. Ədalət naminə deyək ki, kortəbii seçimdə təkcə məzunları günahlandırmaq da düzgün olmazdı. Hesab edirəm ki Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan universitetlərin siyahısının qabaqcadan dərc edilməsi və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlaması, uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasında müəyyən irəliləyişə səbəb olmaqla yanaşı, həm də məzuna “gedəcəyim ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab tapmaqda yardımçı olacaqdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər