Xəbər lentiwidget-title-icon

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb

BMU-da Azərbaycanın nəqliyyat sistemi ilə bağlı tədbir

BMU-da Azərbaycanın nəqliyyat sistemi ilə bağlı tədbir

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə “Azərbaycan beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru Ağası Məlikov nəqliyyatın ölkənin iqtisadi inkişafında, hərbi qüdrətinin yüksəldilməsində, əhalinin sosial həyatının inkişafında danılmaz əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat sahəsində görülən genişmiqyaslı işləri vurğulayan prorektor Azərbaycanın bütün ərazisində müasir nəqliyyat şəbəkəsinin qurulmasının daim diqqət mərkəzində saxlanıldığını deyib. Hazırda isə Qarabağda və Şərqi Zəngəzurda ən müasir nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı işlərin aparıldığını qeyd edən prorektor bütün bunların ölkə başçımızın nəqliyyat sektoruna diqqətinin əyani təzahürü olduğunu söyləyib.Ağası Məlikov çıxışında nəqliyyatın logistik inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib, eyni zamanda nəqliyyat logistikasının elmi-praktiki istiqamətlərinin tədqiqi, onun vacib bir sahə kimi inkişafının prioritet olduğunu bildirib.

BMU-da 2017-ci ildən başlayaraq nəqliyyat logistikası sahəsi üzrə ilk dəfə tələbə hazırlığına başlanıldığını xatırladan prorektor universitetdə logistika sahəsində elmi-praktiki araşdırmaların aparıldığını, nəqliyyat sahəsi ilə bağlı müxtəlif tədbirlərin keçirildiyin nəzərə çatdırıb. O, BMU-da nəqliyyat sisteminə həsr edilən sayca ikinci konfransa böyük marağın olduğunu, ümumilikdə Azərbaycan da daxil olmaqla 6 ölkədən 60 elmi məqaləni konfransın proqramına daxil edildiyini söyləyib. “Məlumdur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabr ayında Bakıda keçiriləcək. Ətraf mühitin qorunması nəqliyyatçılar qarşısında da geniş məsələlər qoyur. Fərəhləndirici haldır ki, konfransa nəqliyyatın ekoloji problemlərinin araşdırılması, ətraf mühitə vurulan zərərin azaldılması, nəqliyyatda alternativ enerjiyə keçilməsi və dayanıqlı nəqliyyat ilə bağlı xeyli sayda elmi məqalə daxil olub”, - deyə Ağası Məlikov qeyd edib və konfransın nəqliyyat sahəsində elmi tədqiqatlarının stimullaşdırılmasına töhfə verəcəyinə inandığını söyləyib.

BMU-nun Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev isə çıxışında bu gün ölkəmizdə həyata keçirilən nəqliyyat, logistika layihələrindən söz açıb. O, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə qurulan yeni nəqliyyat infrastukturunun dövlətimizin iqtisadi gücünü və bu sahə üzrə mütəxəssislərimizin olmasını göstərdiyini bildirib. Dekan çıxışında universitetin logistika və nəqliyyat ixtisaslarında təhsil alan tələbələrin həyata keçirdikləri layihələrə də toxunub.Konfransın plenar iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Avtomobil nəqliyyatı infrastrukturu və ekspertizası departamentinin direktoru Mirhəmid Bağırovun “Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikası hissəsində yük avtomobilləri parklama yerlərinin tikintisi”, Agentliyin Təlim-Tədris Departamentinin direktor müavini, professor Əziz Talıbovun “Azərbaycan Respublikasının ərazisində Logistika mərkəzlərinin optimal yerləşdirilməsi məsələsi”, 29 Eylül Universitetinin Bilişim sistemləri fakültəsinin dosenti Hüsrev Kastacının “Batarya kullanım ömrünün uzatılması için patetntli bir sistem” və Azərbaycan Texniki Universiteti Nəqliyyat və logistika kafedrasının müəllimi Mahir Mustafayevin “Kiçik şəhərlərin mobillik layihələndirilməsi alqoritmi” mövzularında məruzələri dinlənilib.

Çıxışlardan sonra məruzəçilərə sertifikatlar təqdim olunub.

İki gün davam edəcək konfransın seksiyalarında nəqliyyatın aktual problemlərinin geniş müzakirə olunacaq, logistika, nəqliyyat dəhlizlərinin işi, hərəkətin təşkili, nəqliyyatda təhlükəsizlik və risklərin idarə edilməsi, qlobal istiləşmə, alternativ enerjiyə keçid kimi istiqamətlərdə məruzələr dinləniləcək.

Oxşar xəbərlər

Bütün xəbərlər