Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Cəmil Həsənli kimlərə işləyir?

Cəmil Həsənli kimlərə işləyir?

Nə 200 il davam edən imperiya asılılğı, nə də 70 il davam edən sovet əsarəti Azərbaycan xalqının, xüsusən ziyalılarının qəlbində, düşüncəsində və əməllərində milli müstəqillik ideyasını və müstəqillik uğrunda mübarizə əzmini sarsıda bildi. Əsarətdən qurtulmaq və bir daha heç güc mərkəzinin təsiri altına girməmək üçün minlərlə can qurban verildi. Amma sovet dövründə olduğu kimi bu gün də milləti özgələrin buyruq quluna, müstəqil dövlətimizi isə milli dövlətçilik ənənələrimizə yad və milli maraqlarımıza zidd olan hegemonçu siyasi konstruksiyaların 5-ci təkərinə çevirmək üçün dəridən-qabıqdan çıxan psevdo-ziyalılara rast gəlməkdəyik.Cəmil Həsənli öz şərhində Ulu öndər Heydər Əliyevi və Prezident İlham Əliyevi səsləndirdikləri “…biz Avropanın bir hissəsiyik” ifadəsi ilə şantaj etməyə cəhd göstərir. Görünür, Cəmil Həsənli özünü “professor” adlandırsa da verilən bəyanatların geo-siyasi və geo-iqtisadi mahiyyətini anlamaqda çətinlik çəkir. Bəli, doğrudan da biz Avropanın bir hissəsiyik və dövlət başçılarımızın bu bəyanatında Cəmil Həsənlinin qaldırdığı bütün ritorik sualların cavabı öz əksini çox uğurlu şəkildə tapıb. Amma Cəmil Həsənli onu görəcək və duyacaq dərəcədə bir alim və siyasətçi deyil. Azərbaycanın türk birliyinə nail olmaq uğrunda apardığı fəaliyyətlərə kölgə salmaq eşqinə düşmüş Cəmil Həsənliyə tövsiyə edirəm ki, baş verən prosesləri dərk edə bilmək üçün savadını artırsın. Hələ nə yaşı var ki?! Böyüyəndə lazım olar.
Cavanşir FeyziyevBu gün, torpaqlarımızı işğaldan azad etdikdən və müstəqilliyimizi kifayət qədər möhkəmləndirməyə nail olduqdan sonra “tarix elmləri doktoru” adını daşıyan Cəmil Həsənli xalqa nə təklif edir? 100 il əvvəl 1920-ci il bolşeviklərimiz o zamankı müstəqilliyimizin əleyhinə Rusiyanın maraqlarını müdafiə edərək Leninə, Mikoyana, Çiçerinə işləyirdilər. Bu gün tariximizdə heç zaman olmadığı qədər müstəqil və qüdrətli bir dövlətə sahib olduğumuz bir zamanda Cəmil Həsənli kimi manqurtlar kimlərə və hansı dövlətlərin maraqlarına xidmət edirlər? Cəmil Həsənlinin “patron”ları kimdir? Tarixən Avrasiyanın çox geniş ərazilərində yenilməz ordular yaratmış, çoxsaylı dövlətlər və hətta imperiyalar qurmuş, öz dəyərlərinin möhtəşəmliyi ilə bütün dünyaya örnək ola biləcək mədəniyyət yaratmış türklərin bu gün yenidən birləşmək və öz tarixi şöhrətini özünə qaytarmaq ideyası niyə Cəmil Həsənlini narahat edir?
Düşünürəm ki, tarix təkrar olunur. Bu gün böyük Türk birliyinin təşəkkülündə çox mühüm birləşdirici rol oynayan və bu müqəddəs ideyanın cazibə mərkəzinə çevrilməkdə olan Azərbaycan dövlətini tənqid hədəfinə çevirmək milli maraqlarımıza xəyanətdir. Görünən odur ki, 1920-ci illərin qarayevlərini, əbilovlarını, ildırımlarını bu gün cəmil həsənlilər, əli kərimlilər və onların ətrafında toplaşıb Azərbaycanı Avropa “canavarlarının” ixtiyarına təslim etmək istəyənlər əvəz edirlər. Müstəqilliyimiz bərpa olunan günə qədər açıq-aşkar sovet ideologiyasına və rejiminə əsil qul xidməti göstərmiş Cəmil Həsənli bu günkü şərhində sovetlər birliyinin işğalçı və müstəmləkəçi olduğunu etiraf edir, amma eyni zamanda bizi Avropanın və Amerikanın guya Rusiyadan “daha yaxşı müstəmləkəçi” olduğuna inandırmağa çalışır. Qanla qazandığımız müstəqilliyimizi Avropa ilə bölüşməyi təklif edir.

Oxşar xəbərlər

Bütün xəbərlər