Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

Uşaqlar məktəbə neçə yaşdan başlayırlar? - Xaricdə və bizdə...

Uşaqlar məktəbə neçə yaşdan başlayırlar? - Xaricdə və bizdə...

Dünyanın müxtəlif ölkələrində uşaqların təhsilə cəlb olunma yaşı fərqlidir. Bəzi ölkələrdə uşaqları təhsilə cəlb etmə yaşı beşdən başlayırsa, bir çoxunda təhsil yaşı üç hesab olunur.

AzEdu.az-a istinadən bildirik.

Araşdırmaya görə,ən tez İspaniyada uşaqlar 3 ayından başlayaraq, 6 yaşına məktəbəqədər təhsilə cəlb edilir.

Belə ki, uşaqların məcburi təhsili isə 16 yaşına qədər davam edir.

İkinci yerdə İngiltərədir.
Burada uşaqlar 4 aylıqdan 3 yaşına qədər məktəbəqədər təhsilə, uşaq bağçalarına gedə bilərlər.
Həmçinin 5 yaşında başlayan zəruri təhsil 16 yaşına qədər davam edir

Növbəti ölkə İsveçdir

1-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb olunan uşaqlar, 16 yaşına qədər isə məktəblərdə ödənişsiz məcburi təhsil alırlar.

Avstraliyada isə 3-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb edilir.

Burada uşaqlar, 6 yaşdan etibarən məktəbə başlayırlar. İbtidai sinfi bitirdikdən sonra, şagirdlər növbəti təhsil səviyyəsi üçün imtahan verməlidirlər.

Çexiyada 3-6 yaş aralığındakı uşaqlar məktəbəqədər, 6-15 yaş aralığında isə onlara ibtidai və orta təhsil ala bilərlər. Orta təhsil almaq şəxsi iradədən asılıdır. Lakin bunun üçün imtahan vermək vacibdir.Danimarkada 3-17 yaş arası təhsil məcburi və ödənişsizdir.

Valideynlər uşaqları üçün istədikləri məktəbləri seçə bilərlər.

İtaliyada 3-6 yaş arası uşaqlar məktəbəqədər təhsilə cəlb olunurlar. 6-14 yaş aralığında isə ödənişsiz və zəruri təhsilə cəlb olunurlar.

Macarıstanda 3-7 yaşa aralığındakı uşaqlar üçün məktəbəqədər təhsil verilir.

7 yaşında bir illik hazırlıqla başlayan zəruri təhsil 18 yaşında tamamlanır.

Polşada 3-6 yaş aralığındakı məktəbəqədər təhsil alanlar 6-16 yaş aralığında ödənişsiz məcburi təhsil alırlar.

Yunanıstanda uşaqlar 3-6 yaş aralığında məktəbəqədər, 6-15 yaş aralığında isə ödənişsiz və məcburi təhsil almalıdırlar.

Ruminiyada 3-6 yaş arası məktəbəqədər təhsilə cəlb olunan uşaqlar 6-15 yaşa qədər məktəblərdə ödənişsiz məcburi təhsil alırlar.

Portuqaliyada 3-5 aralığındakı məktəbəqədər təhsilə cəlb edilən uşaqlar 15 yaşına qədər ödənişsiz zəruri təhsil alırlar.

Hollandiya və ABŞ-də təhsil 5 yaşından başlayır.

Ondan əvvəl isə, uşaqlara heç bir təhsil verilmir. Uşaqlar 16 yaşına qədər məcburi təhsilə cəlb edilirlər.

ABŞ-də şagirdlər 5 yaşında məktəbə başlayır və 18 yaşında məktəbi bitirirlər. Məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və üst səviyyə məktəb (high school) olmaqla mərhələlərə bölünür.

Birləşmiş Krallıqda təhsil sistemi "Key Stages" adlanan mərhələlərə əsaslanır. Uşaqlar 4-5 yaşında "Reception" sinifinə başlayır və 16 yaşına qədər "Key Stage 4"ə qədər davam edirlər. Bu mərhələdən sonra 16-18 yaş arasında "Sixth Form" və ya peşə təhsili mümkündür.

Almaniyada təhsil sistemi əsasən "Grundschule" (ibtidai məktəb) və müxtəlif növ orta məktəblərə (Realschule, Gymnasium, Hauptschule) bölünür. 3-6 yaş arası uşaqlar məktəb öncəsi hazırlığa, 6-15 yaş aralığında məcburi təhsilə cəlb edilir.Uşaqlar 6 yaşında ibtidai məktəbə başlayırlar və 9-cu və ya 10-cu sinifdən sonra peşə və ya akademik təhsilə yönəlirlər.

Fransada təhsil sistemi ibtidai məktəb (école élémentaire) və orta məktəb (collège) mərhələlərinə bölünür. Uşaqlar 3 yaşında məktəbə başlayır və 16 yaşında orta məktəbi bitirirlər. Uşaqlar 6 yaşından sonra zəruri və ödənişsiz oxumağa başlayır. Bundan sonra 16-18 yaş arasında lisey (lycée) mərhələsi var. Şagirdlər yaşayış yerlərinə uyğun məktəblərdə təhsil alırlar.

Yaponiyada təhsil sistemi ibtidai məktəb (shougakkou) 6 yaşında başlayır, orta məktəb (chuugakkou) 12 yaşında başlayır və üç illik bir dövrdən sonra tam təhsil alınır. Bundan sonra 15 yaşında lisey (koukou) təhsili var.

Finlandiyada 6 yaşına qədər uşaqlar məktəbəqədər, 16 yaşına qədər isə ödənişsiz zəruri təhsil alırlar.

Azərbaycanda Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununa əsasən, məktəbə qəbul 6 yaşdan başlanır. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.

Oxşar xəbərlər

Bütün xəbərlər