Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

“Məktəb liderliyi və şagird nailiyyətləri” – Yeni hesabat açıqlanıb

“Məktəb liderliyi və şagird nailiyyətləri” – Yeni hesabat açıqlanıb

“Qlobal Məktəb Liderləri” təşkilatı tərəfindən 2024-cü il üçün "Məktəb liderliyi və şagird
nailiyyətləri" icmalı təqdim olunub.

Təhsil İnstitutu xəbər verir ki, təşkilat aşağı və orta gəlirli ölkələrdə məktəb rəhbərliyinin təkmilləşdirilməsi sahəsi üzrə fəaliyyət göstərir. Eyni zamanda məktəb liderliyinin şagird nailiyyətlərinə olan təsirini, xüsusilə də təməl savadlılıq və riyaziyyat (FLN) sahələrini araşdırır.

Təqdim olunan hesabatda 70-dən çox araşdırmanın nəticələri nəzərdən keçirilir. Həmçinin, məktəb liderliyinin tədris və şagird nəticələrinə təsiri, xüsusilə aşağı və orta gəlirli ölkələr üzrə dəyərləndirilir.

1. Kontekst və arxa plan

Aşağı və orta gəlirli ölkələr təhsil böhranı ilə üzləşir, burada uşaqların əhəmiyyətli bir hissəsi 10 yaşına qədər təməl oxu və riyaziyyat bacarıqlarını mənimsəmir. Məsələn, Sub-Sahara Afrikada şagirdlərin 84-88%-i oxuma bacarıqlarında yetərsizdir, inkişaf etmiş ölkələrdə isə bu göstərici yalnız 14%-dir. Bu ciddi fərqlər məktəb liderliyinə sərmayə qoyuluşunu və diqqətin artırılmasının bu problemin həll kimi qəbul edilməsinə səbəb olduğunu göstərir. Buna baxmayaraq, məktəb liderliyinin şagird nailiyyətlərinə güclü təsiri olsa da bu yanaşma inkişaf etməkdə olan ölkələrdə geniş tətbiq olunmur.

2. Məktəb liderliyinin şagird nailiyyətlərinə təsiri

Araşdırmalar göstərir ki, məktəb liderləri şagird nailiyyətlərinə əhəmiyyətli təsir edir. Belə ki, hesabatda məktəb liderlərinin yalnız müəllimlərdən sonra ikinci sırada gəldiyi qeyd olunur. Səriştəli liderlər tədris metodlarını təkmilləşdirir, müəllimlər arasında əməkdaşlığı gücləndirir və iş məmnuniyyətini artırır. Məsələn, araşdırmalar liderlik müdaxilələrinin şagird öyrənməsini 0.03 standart kənarlaşma (Standard deviation) ilə yaxşılaşdırdığını göstərir. Tanzaniyada aparılan bir tədqiqatda məktəb rəhbərliyinin tətbiq etdiyi təcrübələrin imtahan nəticələrində 10%-lik fərqlilik yaratdığı müəyyən edilmişdir. Argentinada isə liderlik müdaxilələri əsas fənlərdə, məsələn, riyaziyyat və portuqal dili üzrə test nəticələrini yaxşılaşdırmışdır.Azedu.az

“Məktəb liderliyi və şagird nailiyyətləri” – Yeni hesabat açıqlanıb
“Qlobal Məktəb Liderləri” təşkilatı tərəfindən 2024-cü il üçün "Məktəb liderliyi və şagird nailiyyətləri" icmalı təqdim olunub.

AzEdu.az Təhsil İnstitutuna istinadən xəbər verir ki, təşkilat aşağı və orta gəlirli ölkələrdə məktəb rəhbərliyinin təkmilləşdirilməsi sahəsi üzrə fəaliyyət göstərir. Eyni zamanda məktəb liderliyinin şagird nailiyyətlərinə olan təsirini, xüsusilə də təməl savadlılıq və riyaziyyat (FLN) sahələrini araşdırır.

Təqdim olunan hesabatda 70-dən çox araşdırmanın nəticələri nəzərdən keçirilir. Həmçinin, məktəb liderliyinin tədris və şagird nəticələrinə təsiri, xüsusilə aşağı və orta gəlirli ölkələr üzrə dəyərləndirilir.

1. Kontekst və arxa plan

Aşağı və orta gəlirli ölkələr təhsil böhranı ilə üzləşir, burada uşaqların əhəmiyyətli bir hissəsi 10 yaşına qədər təməl oxu və riyaziyyat bacarıqlarını mənimsəmir. Məsələn, Sub-Sahara Afrikada şagirdlərin 84-88%-i oxuma bacarıqlarında yetərsizdir, inkişaf etmiş ölkələrdə isə bu göstərici yalnız 14%-dir. Bu ciddi fərqlər məktəb liderliyinə sərmayə qoyuluşunu və diqqətin artırılmasının bu problemin həll kimi qəbul edilməsinə səbəb olduğunu göstərir. Buna baxmayaraq, məktəb liderliyinin şagird nailiyyətlərinə güclü təsiri olsa da bu yanaşma inkişaf etməkdə olan ölkələrdə geniş tətbiq olunmur.

2. Məktəb liderliyinin şagird nailiyyətlərinə təsiri

Araşdırmalar göstərir ki, məktəb liderləri şagird nailiyyətlərinə əhəmiyyətli təsir edir. Belə ki, hesabatda məktəb liderlərinin yalnız müəllimlərdən sonra ikinci sırada gəldiyi qeyd olunur. Səriştəli liderlər tədris metodlarını təkmilləşdirir, müəllimlər arasında əməkdaşlığı gücləndirir və iş məmnuniyyətini artırır. Məsələn, araşdırmalar liderlik müdaxilələrinin şagird öyrənməsini 0.03 standart kənarlaşma (Standard deviation) ilə yaxşılaşdırdığını göstərir. Tanzaniyada aparılan bir tədqiqatda məktəb rəhbərliyinin tətbiq etdiyi təcrübələrin imtahan nəticələrində 10%-lik fərqlilik yaratdığı müəyyən edilmişdir. Argentinada isə liderlik müdaxilələri əsas fənlərdə, məsələn, riyaziyyat və portuqal dili üzrə test nəticələrini yaxşılaşdırmışdır.

3. Liderliyin təsirini ölçməkdə çətinliklər

Hesabatda qeyd olunur ki, liderliyin şagird öyrənməsinə müsbət təsiri barədə sübutların artmasına baxmayaraq, bəzi araşdırmalar hələ də əhəmiyyətli nəticələr göstərmir. Məsələn, Qvatemala və Şri-Lankada həyata keçirilən liderlik təşəbbüsləri şagird nailiyyətlərini yaxşılaşdırmamışdır. Liderliyin effektivliyini ölçməkdə çətinliklər fərqli təhsil kontekstləri və geniş miqyaslı nümunə ölçüləri tələb edir.

4. Liderlik üslubları və onların səmərəliliyi

Hesabat müxtəlif liderlik üslublarını müqayisə edib və təlimatlandırıcı liderliyin şagird nailiyyətlərini yaxşılaşdırmaqda ən təsirli olduğu müəyyənləşdirilib. Belə ki, təlimatlandırıcı liderlər təhsil məqsədləri təyin edir, tədris prosesini izləyir və tədris üçün uyğun mühit yaradır. Motivasiyaedici liderlik isə əsasən əməkdaşları ortaq hədəf ətrafında birləşdirməyi nəzərdə tutduğundan, şagird nailiyyətlərinə daha dolayı və yavaş təsir etdiyi də hesabatda öz əksini tapıb. Bütün bunlarla yanaşı, Cənubi Afrikada təlimatlandırıcı və motivasiyaedici liderlik üslublarının birləşdirilməsi zəif məktəblərdə daha yaxşı nəticələr verdiyi də hesabatda yer alıb. Xüsusilə də dərs metodlarını təkmilləşdirən məktəb liderləri şagird test nəticələrində inkişafa səbəb olub. 5. Liderliyin müvəffəqiyyətini dəstəkləyən şərait

Məktəb liderliyinin səmərəliliyinin çox vaxt mühit və resurslarla bağlı olması da hesabatda vurğulanır. Qeyd olunur ki, daha çox muxtariyyətə sahib olan liderlər, xüsusən də müəllimlərin işə qəbulu və idarə olunması ilə bağlı qərarlar verə bilənlər, şagird nailiyyətlərinə daha çox təsir göstərə bilirlər. Maliyyə resursları da bu uğurda mühüm rol oynayır. Meksikada həm nağd qrantlar, həm də liderlik təlimləri təmin edən proqramlar məktəb rəhbərliyinin yaxşılaşdırılmış nəticələr verməsində maliyyə dəstəyinin əhəmiyyətini göstərir.

6. Təməl savadlılıq və riyaziyyat üçün nəticələr

FLN sahəsində liderliyin təsirini tədqiq edən araşdırmalar məhdud olsa da, sübutlar göstərir ki, liderlik tədris metodlarını təkmilləşdirmək ümumi savadlılıq və riyaziyyat nəticələrini yaxşılaşdırmaq üçün əhəmiyyətli rol oynaya bilər. Əsas strategiyalara formativ qiymətləndirmələrin təşviqi, müvafiq tədris materiallarına çıxışın təmin edilməsi və tədris vaxtından səmərəli istifadə daxildir.7. Nəticə və tövsiyələr

Təqdim olunan "Məktəb liderliyi və şagird nailiyyətləri" hesabatından aydın olur ki, məktəb liderliyi, xüsusilə LMİC-lərdə şagird nailiyyətlərini yaxşılaşdırmaq üçün mühüm rola malikdir. Həmçinin qeyd olunur ki, müxtəlif araşdırmalardan qarışıq nəticələr alındığından, kontekstə xas müdaxilələrə və uzunmüddətli qiymətləndirmələrə ehtiyac var. Məktəb liderliyinin səmərəliliyi üçün liderlərə muxtariyyətin, resursların və davamlı peşəkar inkişafın təmin edilməsi vacibdir.

8. Statistika və əsas nəticələr

* İnkişaf etməkdə olan bölgələrdə 10 yaşa qədər şagirdlərin 10-undan 7-si (70 faiz) təməl oxu bacarıqlarını mənimsəmir.
* Liderlik müdaxilələri şagird öyrənməsini 0.03 standart xəta ilə yaxşılaşdırır.
* Tanzaniyada liderlik təcrübələri rayon imtahan nəticələrində 10%-lik fərqliliyi izah edir.
* Təlimatlandırıcı liderlik motivasiyaedici liderlikdən üç dəfə daha çox şagird nailiyyətlərinə təsir göstərir.

Hesabat məktəb liderliyinin şagird nailiyyətlərinə təsirini hərtərəfli izah edərək, aşağı və orta gəlirli ölkələrdə təməl savadlılıq və riyazi biliklərin yaxşılaşdırılması üçün vacib nəticələr təklif edir.

Oxşar xəbərlər

Bütün xəbərlər