Xəbər lentiwidget-title-icon

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir

Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

Son günlər müəllimlik fəaliyyətinə görə ilk maaşını alacaq müəllimlər arasında əməkhaqqıya təyin olunan əlavələrin məbləği müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə gedən müzakirələrdə H1, H2 əlavələrinin məbləği məsələsi də yer alıb.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimlərin əməkhaqqı əmək müddətinə görə kateqoriyalara bölünür:"Müəllimlərin əməkhaqqı Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilib. Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir. Bu qərara əsasən, müəllimlər əmək müddətinə görə kateqoriyalara bölünür. Birinci kateqoriya - 3 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, ikinci kateqoriya - 3 ildən 8 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, üçüncü kateqoriya - 8 ildən 13 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, dördüncü kateqoriya - 13 ildən 18 ilə qədər müəllimlik fəaliyyəti ilə məşğul olanlar, beşinci kateqoriya - 18 ildən yuxarı olanlar".
Yuxarıda göstərilən kateqoriyalara uyğun müəllimlərin əməkhaqqı hesablanır.

Ekspertin sözlərinə görə, ümumi təyin olunan əməkhaqqıdan əlavə müəllimlərin maaşlarına müxtəlif əlavələr edilir:

"Əgər müəllim həm də sinif rəhbəridirsə, bu zaman onun maaşına 40 manat məbləğ də əlavə olunur. Habelə, ümumi məbləğə sertifikasiya imtahanın da xüsusi təsiri var. Sertifikasiya imtahanında müəllim 50-60 bal nəticə əldə edirsə, həmin müəllimin ümumi hesablanmış əməkhaqqına 35%, 30-50 bal arası nəticə əldə edərsə, 10% əlavələr hesablanır".

R.Nurəliyev çaşqınlıq yaradan H1 və H2 məsələsinə də aydınlıq gətirib:

"H1 və H2 - buradakı H - həvəsləndirmə sözünün ilk hərfi kimi götürülür. Həvəsləndirmə əsasən rayon məktəblərinin gənc müəllimlərinin (35 yaşa qədər) həvəsləndirilməsi istiqamətində tərtib olunan metoddur. H1-də şəhərin mərkəzindən 3 kilometrə qədər məsafədə olan məktəbdə müəllim dərs keçirsə, onun ümumi maaşına 60 manat əlavə olunur. H2-də isə 3 kilometrdən daha uzaq məsafədə fəaliyyət göstərirsə, maaşına 160 manat əlavə olunur. Bununla bərabər Elm və Təhsil Nazirliyinin (ETN) ayrıca yanaşması var. Müəllim ucqar kənd məktəblərində yaşayış yeri olmayıb könüllü əsasla dərs deməyə gedib, əmək fəaliyyəti ilə məşğuldursa, onlara yaşayışının təmin olunması üçün də əlavə dəstəklər göstərilir. Habelə akademik göstəriciyə əsasən də, müxtəlif əməkhaqqı müəyyənləşdirilir, "Əməkdar müəllim" adına layiq görülən şəxsin maaşına da əlavələr edilir".Ekspert bildirib ki, ETN-in rəsmi səhifəsində yer alan onlayn kalkulyator vasitəsilə müəllimlər öz maaşlarını hesablaya bilərlər.

Onun qənaətinə görə, müəllimlər üçün təyin olunan həvəsləndirmənin məbləği qaneedici deyil, məbləğ azdır.

"Hansısa bir müəllim əmək fəaliyyətinə görə rayonlara, regionlara üz tutursa, bu zaman o məcburdur ki, kirayə ev tutsun. Bu səbəbdən ETN və Nazirlər Kabineti əməkhaqqı məsələlərində kirayə xərclərini də nəzərə almalıdır. Onun elektrik, qaz təminatı diqqətdə saxlanmalıdır. Bunlara əsasən, əlavə ödənc məbləği 300-400 manat arası olarsa, daha məqsədəuyğundur".

Oxşar xəbərlər

Bütün xəbərlər