Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

Dünyanın ən yaxşı universitetləri - SİYAHI

Dünyanın ən yaxşı universitetləri - SİYAHI

Noyabrın 18-də COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.

Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “QS Quacquarelli Symonds” təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin fəaliyyətində dayanıqlı inkişafın təşviqi istiqamətində aparılan işləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq fəaliyyətin ölçülməsinin vacibliyini, o cümlədən Azərbaycan ali təhsil müəssisələrinin ötən illərdə "QS dayanıqlılıq reytinqi"ndə nəticələrini və bu sahədə gözləntiləri qeyd edib.

Daha sonra QS-in vitse-prezidenti Ben Sauter “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” üzrə əsas statistik göstəriciləri və Azərbaycan ali təhsil müəssisələrinin nəticələri barədə təqdimatla çıxış edib. Bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi daxil olub. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.Tədbir çərçivəsində sözügedən reytinqə daxil olan ali təhsil müəssisələri QS rəhbərliyi tərəfindən sertifikatla təltif olunub.

Tədbirin ikinci hissəsi dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı universiteti idarə etmək üçün nə lazımdır?” mövzusunda panel sessiyası ilə davam edib.

Ben Sauterin moderatorluğu ilə keçirilən paneldə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Ekzeter Universitetinin Biznes və İnnovasiyalar üzrə direktoru Stuart Brocklehurst, Kembric Universitetinin İqlim təhsili üzrə direktoru Kristin Özden və Bolonya Universitetinin Kənd təsərrüfatı və qida siyasəti üzrə professoru Matteo Vittuari spiker qismində iştirak ediblər.

Paneldə ali təhsil müəssisələrində dayanıqlılığın inteqrasiya olunması istiqamətində strategiya və mövcud təcrübələr müzakirə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər