Xəbər lentiwidget-title-icon

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb

Tanınma şəhadətnaməsi ilə bağlı agentlikdən xəbərdarlıq

Tanınma şəhadətnaməsi ilə bağlı agentlikdən xəbərdarlıq

“TKTA tərəfindən akademik tanınma əldə etmiş bəzi şəxslərin işə qəbul zamanı, eləcə də şəxsi sosial media səhifələrində sözügedən tanınmaya dair şəhadətnaməni nümayiş etdirərək, işəgötürənləri, eləcə də ictimaiyyəti yanlış yönləndirdikləri müşahidə edilməkdədir”.

Bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən elektron qaydada daxil olmuş müraciətlər əsasında aparılır.

Qaydalara əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə ola bilməsi üçün TKTA tərəfindən tanınmanın həyata keçirilməsi şərt olaraq qanunvericilikdə təsbit olunub.

Tanınma şəhadətnaməsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəddir. Kvalifikasiyasının akademik tanınmasını əldə etmiş şəxslərə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir. Xarici kvalifikasiya sahibi peşə tanınmasını əldə etdikdən sonra Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilər.

Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə peşə tanınması ərizəçinin TKTA-nın sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında, tibb və səhiyyə ixtisasları üzrə peşə tanınması isə ərizəçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi imtahanda müvəffəqiyyət qazandığı təqdirdə verilir. Məlumat üçün bildiririk ki, TKTA tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası istifadəyə verilib. Həmin məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür. Vətəndaşa təqdim edilmiş müvafiq şəhadətnamənin //edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyi yoxlanıla bilər.

Oxşar xəbərlər

Bütün xəbərlər