Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

II Bakı Elm Olimpiadasının final mərhələsinin tarixləri açıqlanıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadasının final mərhələsinin nəzəri hissəsi aprelin 20-də keçiriləcək.

Bu barədə "tehsilmedia.info"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda (Kimya-biologiya təmayüllü Respublika Liseyi, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyi, Bakı Avropa Liseyi, BDU-nun nəzdində "Gənc istedadlar” liseyi, Heydər Əliyev adına lisey, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Məktəb-Lisey Kompleksi, 220 nömrəli məktəb-lisey, 264 nömrəli məktəb-lisey, 287 nömrəli Zəkalar liseyi, 166 nömrəli məktəb-lisey, 136, 260, 24, 129, 313, 229, 80, 276, 329, 192, 24 nömrəli tam orta məktəblərin komandaları) final mərhələsində iştirak edəcək.

8-ci və 9-cu sinif şagirdləri arasında keçiriləcək olimpiadanın final mərhələsinin nəzəri hissəsi 276 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Olimpiadanın final mərhələsinin ilk turunda şagirdlər 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli (nəzəri) tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli (nəzəri) tapşırıq) cavablandıracaqlar.

Aprelin 26-da Bakı Ali Neft Məktəbində keçiriləcək final mərhələsinin II turunda isə məktəblilər 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirəcəklər.

Final mərhələsində hər bir qapalı tipli tapşırıq 2 bal olmaqla, ümumilikdə 30 balla, açıq tipli tapşırıqlar da 30 balla qiymətləndiriləcək. Təcrübə işinin qiymətləndirilməsi isə ümumilikdə 40 ballıq sistemlə aparılır.

Qaliblər Təşkilat komitəsi tərəfindən təyin olunmuş mütəxəssislərdən ibarət Ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər