Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

BSU ilə Tirana Universiteti arasında memorandum imzalanıb

BSU ilə Tirana Universiteti arasında memorandum imzalanıb

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Nurlana Mustafayeva noyabrın 25-də Albaniya Respublikasının Tirana Universitetinin Tarix və Filologiya Fakültəsi Dilçilik kafedrasının Almaniya, Serbiya, İtaliya, Çexiya, Çin, Kosova, Türkiyə, Bolqarıstan, Şimali Makedoniya və Albaniyadan olan alimlərin iştirakı ilə “Albanologiyanın auditoriyaları – Alban dili mərkəzləri və departamentləri şəbəkəsinin yaradılmasına doğru” mövzusunda keçirdiyi beynəlxalq elmi konfransda “Azərbaycan Respublikası və Albaniya Respublikası arasında əməkdaşlıqda təhsilin rolu: mövcud vəziyyət və hədəflər” mövzusunda məruzə ilə çıxış etmişdir.

Universitetdən bildirilib ki, alim Azərbaycan və Albaniya arasında əməkdaşlığın qurulması və inkişafında Prezident İlham Əliyevin fəaliyyətindən, dil üzrə mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətindən bəhs edərək, alban dilinin Azərbaycanda, Azərbaycan dilinin Albaniyada tədrisinin önəmini vurğulamışdır. Balkan coğrafiyası ölkələrinin rəsmi dillərinin BSU-da tədris olunaraq mütəxəssislərin yetişdirilməsinin əsas hədəf olduğu xüsusilə qeyd olunmuşdur

Nurlana Mustafayeva Tirana Universitetinin rektoru Prof.Dr. Artan Hoxha, Tarix və Filologiya fakültəsinin dekanı Prof.Dr. Mark Marku və Albanologiya kafedrasının müdiri Prof.Dr. Dhimitri Bello ilə görüşərək Azərbaycanda ilk dəfə olaraq BSU-da qurulan Balkanşünaslıq kafedrası haqqında məlumat vermiş, kafedranın əsas hədəflərindən, universitetdə təşkil olunmuş I Balkanşünaslıq tədqiqatları beynəlxalq elmi konfransından bəhs etmişdir. Bildirmişdir ki, BSU-nun əsas hədəflərindən biri Balkan ölkələrindəki universitetlərlə əlaqələrin qurulmasıdır.Rektor Prof.dr. Artan Hoxha Azərbaycanla Albaniya əlaqələrinin günümüzdə yüksələn xəttlə inkişaf etdiyindən bəhs edərək dil, mədəniyyət, ədəbiyyat, tarix baxımından töhfələr vermək üçün Tirana Universitetinin də Bakı Slavyan Universiteti ilə əlaqələrin qurulmasında maraqlı olduğunu, bundan ötrü nə lazımdırsa edəcəklərini bildirmişdir. Vurğulamışdır ki, Azərbaycan mədəniyyəti, tarixi Albaniyada böyük maraqla qarşılanır, Azərbaycan Avropa qitəsində mühüm yer tutur və önəmli rol oynayır, Azərbaycan Albaniya üçün vacib ölkədir.

Konfransın yekununda alban dilinin dünyada yayılması, yeni kafedraların qurulması, alban dilinin tədrisinin təşkil edilməsi, ədəbi-mədəni əlaqələrin qurulması, yeni dil proqramlarının yazılması, konfrans, simpoziumların təşkili, web səhifənin qurulması, ortaq sillabusların, dərslik, dərs vəsaitləri və lüğətlərin hazırlanmasına dair ortaq memorandum imzalanmışdır.

Oxşar xəbərlər

Bütün xəbərlər