Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Məktəbdə Ulu Öndərin xatirəsi möhtəşəm tədbirlə yad edildi

Məktəbdə Ulu Öndərin xatirəsi möhtəşəm tədbirlə yad edildi

Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Respublika konfransı keçirilib.

Konfransı Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi ilə sözügedən məktəb birlikdə təşkil edib.

Konfransdan öncə şagirdlərin əl işlərindən ibarət sərgi qonaqlara təqdim edilib.

Məktəbdən verilən xəbərə görə, tədbirdə hər iki qurumun təmsilçiləri ilə yanaşı Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva da iştirak edib.

Tədbirin açılışında Azərbaycan Himni oxunub, ardından da Ulu Öndərin, həmçinin şəhidlərin ruhu sayğıyla anılıb. Açılışda məktəblilərin “Zəfər” xor kollektivi Heydər Əliyevə həsr edilmiş, sözləri və musiqisi Maya Heydərqızına aid olan “Bizimləsən” adlı ifanı da təqdim edib.

Məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Almaz Həsrət açılış nitqində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin həmişə hörmətlə yad edildiyinə diqqət çəkib. O, qeyd edib ki, məhz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməllərini atıb, onun bu günlərə gəlib çatması üçün strateji uzaqgörənliklə çalışıb.

Daha sonra çıxış edən Vüsar İsmayılov bildirib ki, müasir Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. O, deyib ki, Heydər Əliyev istər SSRİ vaxtında, istərsə də müstəqillik dönəmində Azərbaycanın milli maraqlarına daim diqqət yetirib.

Vüsar İsmayılov bildirib ki, Ulu Öndərin uzaqgörənliyi, milli maraqları üstün tutması, onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti bu gün Azərbaycanı qalib dövlət edib.

Sevinc Süleymanova isə çıxışında Ulu Öndərin dövlətçilik təcrübəsi, onun Azərbaycanı ən çətin vəziyyətlərdən məharətlə çıxarması haqqında danışıb. O, yetişən nəslin məhz Heydər Əliyev ənənələrinə söykənərək Azərbaycanı qalib ölkəyə çevirməsini vurğulayıb. Sevinc Süleymanova deyib ki, Ulu Öndərin təməlini qoyduğu Azərbaycançılıq ideologiyasını Prezident İlham Əliyev uğurla davam etdirməklə dövləti daha da möhkəmləndirməyi bacarıb.

Giriş çıxışlarından sonra konfransın əsas məruzələri dinlənilib. Sözügedən fakültənin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, Dos. Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olduqca maraqlı çıxış edib.

Knyaz Aslan Heydər Əliyevin sözügedən məsələlərlə bağlı əvəzsiz xidmətlərindən danışmaqla bərabər şəxsən özünün onunla görüşü haqda xatirələrini də paylaşıb. İştirakçıların böyük maraq və diqqətinə səbəb olan çıxış Ulu Öndərin əsl liderlik və milli cəfakeş kimliyinə işıq tutub.

Sözügedən kafedranın daha bir təmsilçisi, filologiya üzrə fəlsəfə doktoru, Dos. Rasim Süleymanov isə “Görkəmli dövlət və ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyev haqqında” mövzusunda təqdimat edib. Çıxışçı dünyanın ən diqqətçəkən siyasi liderləri – dövlət rəhbərləri Mustafa Kemal Atatürk, Corc Vaşinqton, Mahatma Qandi, Şarl de Goll, Uinston Çörçill kimi liderlərin yanında Heydər Əliyev də adının çəkilməsinin Azərbaycan xalqının xoşbəxtliyi olduğunu deyib.

Yenə də eyni kafedranın müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Dos. Nailə Mehrəliyeva “Ulu öndər Heydər Əliyev və Qarabağ” mövzusunda maraqlı fikirlərini paylaşıb. O, bir Azərbaycanlı olaraq Qarabağın azad edilməsinə aparan yolda Heydər Əliyevin uzaqgörənliyi və qurduğu strategiya üzərində Prezident İlham Əliyevin uğurları haqqında danışıb.

Konfransın daha bir iştirakçısı, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və İTV Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət də Ulu öndərlə bağlı şəxsi xatirələrini paylaşıb. O, Heydər Əliyevlə şəxsi mükaliməsini misal çəkərək ümummilli liderin mətbuat azadlığına nə qədər diqqətlə yanaşdığını ayrıca qeyd edib.

Məktəbin həmkarlar təşkilatının sədri və tarix müəllimi Vətən Hüseynov isə çıxışında Ulu Öndərin yetişən nəsil üçün örnək təşkil etməsindən danışıb. O, Heydər Əliyevin qətiyyətli liderliyini vurğulayıb, dövlətə və millətə sədaqət rəmzi olduğunu deyib.

Çıxışların ardından məktəbin yaradıcılıq kollektivi Heydər Əliyevə həsr edilmiş parçalar ifa edib.

Qeyd edək ki, Knyaz Aslanın təşəbbüsü ilə illərdir davam edən bu tədbirlərdən biri kimi sözügedən Konfrans sayca 52-ci olub.

Oxşar xəbərlər

Bütün xəbərlər