Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontektində” mövzusunda konfrans keçirilib. Konfransda Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Sevinc Süleymanova, BŞTİ-nin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

BŞTİ-dən "tehsilmedia.info" a bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və 276 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən konfransdan öncə şagirdlərin Ulu Öndərə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Konfrans Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, xüsusilə də Azərbaycan dilinə göstərdiyi diqqət və qayğısından danışıb.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə xüsusi diqqət yetirib.

Daha sonra BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Ümummilli lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontektində” mövzusunda geniş məruzə ilə çıxış edib. Dövlətin, dövlətçiliyin formalaşdırılmasında Ulu Öndərin xidmətlərindən bəhs edən H.Əsgərov hələ sovet dövründə imperiya qadağalarına baxmayaraq dilimizin dövlət dili statusu alması, Ümummilli Liderin verdiyi qərar və sərəncamlarla Azərbaycan dilinin sürətli inkişafı, eləcə də özünün doğma dilimizdə səlis nitqi ilə hamıya nümunə olmasından bəhs edib.

İdarənin müdir müavini Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dilinin inkişafı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova və 83 nömrəli məktəb-liseyin müəllimi Mehri Quliyeva məruzə ətrafında öz fikirlərini bildiriblər.

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Ulu Öndərə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər