Xəbər lentiwidget-title-icon

İngilis dili dərsliklərində ciddi problem - “Şagirdlər danışmağı öyrənə bilmir”
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı olub
Məktəblilər arasında esse müsabiqəsi keçiriləcək
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb

“Bebras İnformatika və Alqoritmik düşüncə müsabiqəsi” yekunlaşıb

“Bebras İnformatika və Alqoritmik düşüncə müsabiqəsi” yekunlaşıb

Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilati dəstəyi və “ÖzünÖyrən” MMC-nin rəsmi təşkilatçılığı ilə informatika və rəqəmsal inkişafın təbliğinə yönələn, 2024-2025-ci tədris ilində keçirilən Bebras İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsi uğurla başa çatıb. Cari il üzrə müsabiqədə ölkə üzrə rekord sayda 69 şəhər və rayondan 376 məktəbi təmsil edən 17564 şagird iştirak edib.

Beynəlxalq Bebras İnformatika və Alqoritmik müsabiqəsi proqramlaşdırma bilikləri tələb etmədən şagirdlərin alqoritmik və məntiqi təfəkkürünü qiymətləndirmək məqsədi daşıyan layihədir. Müsabiqə şagirdlərə informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Onlayn müsabiqə zamanı I-X sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun əyləncəli formada müxtəlif tapşırıqların həllinin tapılması üçün yarışıblar.

2025-ci ilin əvvəllərində Bebras müsabiqəsinin final mərhələsi keçiriləcək. Hər yaş qrupunda ən yaxşı nəticə göstərən şagirdlər final mərhələsində iştirak edəcək və burada qaliblər müəyyən olunaraq mükafatlandırılacaq.

Bebras müsabiqəsi Azərbaycanda informatika biliklərinin geniş təbliği və təhsildə rəqəmsal savadlılığın artırılması istiqamətində mühüm bir təşəbbüsdür. Gələcəkdə müsabiqənin daha da genişləndirilməsi və daha çox şagirdin bu platformadan faydalanması üçün tədbirlər görüləcək.

Qeyd edək ki, “Bebras” müsabiqəsi 2004-cü ildən başlayıb. Dünyanın 70-dən çox ölkəsində yüz minlərlə şagirdin iştirak etdiyi müsabiqə Azərbaycanda 2014-cü ildən etibarən keçirlilir.

Nəzərinizə çatdıraq ki, müsabiqə 2023-cü ildə 61 rayon və şəhərdən 242 məktəbi əhatə edib və 5395 şagird iştirak edib. Ən yüksək bal toplamış şagirdlər 2024-cü ilin aprel ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən final mərhələsinə dəvət olunub və qaliblər qiymətli hədiyyələrlə təltif ediliblər.

Müsabiqə haqqında daha ətraflı məlumat üçün //bebras.az vebsaytından istifadə edə bilərsiniz.

Oxşar xəbərlər

Bütün xəbərlər