Xəbər lentiwidget-title-icon

Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB

Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?



Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması ilə bağlı hazırlıq prosesi davam edir. İmtahanın noyabr ayında keçirilməsi nəzərdə tutulsa da, hələlik dəqiq tarix açıqlanmayıb.

Ümumtəhsil məktəblərində müəllimlərin sertifikatlaşdırılması təcrübəsi göstərdi ki, proses zamanı uğursuz nəticə göstərərək əmək fəaliyyətini davam etdirə bilməyən müəllimlər də olub.

İndi isə analoji qiymətləndirmənin məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərə də şamil edilməsi gözlənilir.

Xüsusilə, bağçalarda müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan şəxslərin də çalışması ilə bağlı müzakirələr fonunda sertifikatlaşdırmanın nəticələri və onun kadr potensialına mümkün təsirləri diqqət mərkəzindədir.

Bəs, görəsən, məktəbəqədər təhsil müəssisələrində sertifikatlaşdırma zamanı uğursuz nəticə göstərənlərin sayı çox ola bilərmi?

Tehsilmedia.org bildirir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasim Dünyamalıyev qeyd edib ki, sertifikatlaşdırmadan keçə bilməyən şəxslər əmək fəaliyyətindən azad edilməlidirlər:



“Bu, birmənalıdır. Məlum olduğu kimi, iki-üç il əvvəl məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmə keçirildi və nəticələr heç də ürəkaçan olmadı. Həmin qiymətləndirmə zamanı dövlət bağçalarında çalışan təxminən 100 nəfərin ümumiyyətlə orta təhsilinin olmadığı, 7 minə yaxın şəxsin isə müvafiq ixtisas üzrə təhsil almadığı məlum olub.

Burada başqa bir problem də ortaya çıxır: həmin şəxslər sertifikatlaşdırmaya hansı əsasla buraxılacaqlar? Çünki sertifikatlaşdırmada iştirak etmək üçün ilk növbədə şəxsin müvafiq ixtisas üzrə diplomu olmalıdır. Məktəbəqədər təhsil sahəsinə aid diplomu olmayan şəxslərin bu prosesə necə cəlb ediləcəyi aydın deyil. Bu məsələyə aydınlıq gətirilməlidir.

Əgər Elm və Təhsil Nazirliyi həmin şəxslərə müəyyən güzəştlər tətbiq edərək onların sertifikatlaşdırmada iştirakını təmin edərsə, yenə də uğursuz nəticə göstərənlərin əmək fəaliyyəti dayandırılmalıdır. Ehtimal edirəm ki, bu şəxslərə də ümumtəhsil məktəblərində olduğu kimi, bir il möhlət verilə bilər. Həmin müddətdə onlar biliklərini təkmilləşdirərək yenidən imtahanda iştirak edə bilərlər. Təkrar imtahanda da uğursuz nəticə göstərən şəxslərlə əmək müqaviləsinə xitam verilməsi məsələsi gündəmə gəlməlidir.

Digər tərəfdən, nəzərə almalıyıq ki, diaqnostik qiymətləndirmədən artıq üç ilə yaxın vaxt keçib. Bu müddət ərzində həmin şəxslər sertifikatlaşdırmaya cəlb olunacaqlarını bilirdilər. Üstəlik, son iki ildə bu məsələ ictimai müzakirələrdə dəfələrlə gündəmə gətirilib.

Belə olan halda, işçilər öz üzərlərində işləməli, bilik və bacarıqlarını artırmalı idilər. Əgər bir şəxs iki il ərzində sertifikatlaşdırmaya hazırlaşmayıbsa, öz peşəkar inkişafı istiqamətində addım atmayıbsa, onun bu sistemdə fəaliyyətini davam etdirməsi valideynlərə və bütövlükdə təhsil ictimaiyyətinə qarşı ədalətsizlikdir. Bunu ən yumşaq formada belə ifadə etmək olar”.

Düşünürəm ki, sertifikatlaşdırmanın keçirilməsi qaçılmazdır:

“Bu proses nəticəsində uğursuz olan şəxslərə müəyyən möhlət verilə bilər, lakin son nəticədə tələblərə cavab verməyənlərin əmək fəaliyyəti dayandırılmalıdır. Çünki bu, eyni zamanda, yeni məzun olmuş, müvafiq ixtisas üzrə ali təhsil almış, yüksək bilik və bacarıqlara malik gənclərin sistemə cəlb olunması üçün yeni imkanlar yaradacaq.

Bəs uğursuz nəticə göstərənlərin sayı çox olacaqmı? Mən hesab edirəm ki, ilk mərhələdə uğursuz nəticələrin çox olması ehtimalı var. Ümumtəhsil məktəblərində sertifikatlaşdırmanın ilk mərhələsində də kifayət qədər uğursuz nəticələr qeydə alınmışdı. Bunun əsas səbəblərindən biri bəzi müəllimlərin prosesin ciddiliyinə inanmaması və kifayət qədər hazırlaşmaması idi.

İlk sertifikatlaşdırmadan sonra müəllimlər bu prosesin nə qədər ciddi olduğunu anladılar. Növbəti illərdə isə artıq imtahanlara daha sistemli hazırlaşmağa, oxumağa, araşdırmağa və biliklərini artırmağa başladılar. Nəticədə uğursuz göstəricilərin azalması müşahidə olundu.

Bağça müəllimlərinin sertifikatlaşdırılmasında da müəyyən mənada oxşar vəziyyət yarana bilər. Diaqnostik qiymətləndirmənin nəticələrini nəzərə alsaq, uğursuz nəticələrin olması mümkündür. Lakin bu ehtimal sertifikatlaşdırmadan imtina etmək üçün əsas ola bilməz.

Digər mühüm məqam ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son iki ildə bu istiqamətdə müəyyən hazırlıq işləri həyata keçirib. Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlər üçün müxtəlif təlimlər təşkil olunub. Həmin təlimlər sertifikatlaşdırmanın məzmununa uyğun istiqamətlər üzrə qurulub. Bu baxımdan, öz üzərində işləyən, təlimlərdə iştirak edən və biliklərini artıran müəllimlərin imtahana hazır olduqlarını düşünürəm. Sadəcə, prosesi ciddi qəbul etməyən, hazırlaşmayan şəxslərin nəticələri ürəkaçan olmaya bilər. Buna baxmayaraq, mən uğursuz nəticə göstərənlərin sayının həddindən artıq çox olacağını düşünmürəm. Çünki artıq iki ildir bu məsələ müzakirə olunur və müəllimlərin hazırlanması istiqamətində işlər görülür.

Əsas məsələ odur ki, uğursuz nəticələrin sayı çox və ya az olmasından asılı olmayaraq, sertifikatlaşdırmadan geri çəkilmək olmaz. Bu proses bağçalarda kadr potensialının yenilənməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından vacibdir. Yeni biliklərə, müasir yanaşmalara və peşəkar hazırlığa malik kadrların sistemə cəlb olunması zəruridir. Artıq yerimizdə saymaq deyil, gələcəyə baxmaq və məktəbəqədər təhsil müəssisələrimizi inkişaf etdirmək zamanıdır”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb