Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

UNEC-də Elmi Şuranın iclası keçirilib - FOTO

UNEC-də Elmi Şuranın iclası keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib.

Universitetdən "tehsilmedia.info”a bildirlib ki, Elmi Şurada tədris üzrə prorektor dosent Gəray Musayev 2022/2023-cü tədris ilinin I semestri üzrə hibrid dərslərin təşkilinin təhlili haqqında təqdimatla çıxış edib. UNEC-də 53 fənn üzrə hibrid dərslərin təşkil olunduğunu bildirən G.Musayev hibrid dərslərin keyfiyyətinin ölçülməsi məqsədilə aparılan təhlillərin və tələbələr arasında aparılan sorğunun nəticələrini açıqlayıb. Bildirib ki, sorğuya əsasən, 91 faiz tələbə hibrid formada tədris edilən dərslərin texniki hazırlıq səviyyəsindən razı qalıb. Tələbələrin 62 faizi bütün dərslərin hibrid formada keçirilməsini istəyib.

Gəray Musayev bayram günlərinə təsadüf edən dərslərin əvəzlənməsi, tələbələrin səhhəti ilə bağlı təqdim edilən tibbi arayışların qəbul şərtləri, eləcə də imtahanlarda yenidən iştiraka əsas yaradan üzrlü səbəblərin müəyyən edilməsi, müvafiq fənlər üzrə imtahanlara buraxılmaq üçün qaib limitinin hesablanması, ara qiymətləndirmə və sessiya imtahanlarının vaxtının müəyyən edilməsi və digər məsələlərlə bağlı təkliflərlə çıxış edib. Təkliflər müzakirə olunduqdan sonra şura üzvləri tərəfindən qəbul edilib.

Sonra İmtahan mərkəzinin direktoru dosent Söhrab İsayev qış imtahan sessiyasının nəticələri və yaz imtahan sessiyasına hazırlıq haqqında hesabatla çıxış edib. Eyni zamanda UNEC-də 2023/2024-cü tədris ilindən tətbiq olunacaq imtahan qaydaları barədə təklifləri səsləndirib. Təkliflər dinlənildikdən sonra, təsdiqlənib.

Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov isə UNEC-də 2022/2023-cü ildən "Flipped Education” (Çevrilmiş təhsil) modeli əsasında aparılan tədrisin təşkilinin nəticələri haqqında təqdimatla çıxış edib. R.Qasımov "Çevrilmiş təhsil” metodunun tətbiq olunduğu qruplarda tədrisin  təşkilinin  monitorinqinin nəticələri, fənlər üzrə mənimsəmə və keyfiyyət göstəriciləri, tədris metodunun üstünlükləri, tələbə biliyinin qiymətləndiriliməsi, tələbə məmnuniyyəti sorğularının nəticələri, 36 fənnin ara qiymətləndirmə üzrə müqayisəli təhlili barədə məlumat verib. Həmçinin "Çevrilmiş təhsil” metodunun növbəti tədris ilindən daha effektiv tətbiqi ilə bağlı təkliflərlə çıxış edib.

Qiyabi və əlavə təhsil mərkəzinin direktoru dosent Səbuhi Tanrıverdiyev UNEC-də Yay semestrinin hibrid təşkili barədə məlumat verib.

Elmu Şura cari məsələlərin müzakirəsi ilə davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər