Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

AzMİU-da Məzun Assosiasiyası yaradıldı

AzMİU-da Məzun Assosiasiyası yaradıldı


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində məzunlarla görüş keçirilib. Universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzunun iştirak etdiyi görüşdə Məzun Assosiasiyasının yaradılması qərara alınıb.

Bu barədə AzMİU-dan bildirilib. Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rektor Gülçöhrə Məmmədova Məzun Assosiasiyasının yaradılmasının universitet üçün prioritet məsələ olduğunu vurğulayıb. Assosiasiyanın məzunların universitet həyatında fəal iştirakını təmin edəcəyini, tələbələrlə öz təcrübələrini bölüşmək, elmi-tədqiqat prosesinə töhfə vermək və universitetin inkişafına dəstək olmaq baxımından geniş imkanlar yaradacağını bildirib.

Rektor əlavə edib ki, beynəlxalq akkreditasiya və reytinq sistemləri məzunların universitetin həyatında rolunu xüsusi qiymətləndirir və bu baxımdan Assosiasiyanın yaradılması təhsil müəssisəsi üçün zəruri addımdır: “İyirmi il öncə Məzunlar Assosiasiyasını yaratmaq təşəbbüsünü irəli sürmüşdük. O dövrdə bu, reallaşmadı, lakin artıq cəmiyyət və təhsil sistemi buna hazırdır. İnanıram ki, Assosiasiya universitetin məzunlarla əlaqələrini gücləndirəcək və onların universitet həyatında daha fəal iştirakını təmin edəcək. Bu, müasir universitetlər qarşısında qoyulan ən vacib tələblərdəndir. Biz də bu Assosiasiyanı yaratmaqla bu tələbə adekvat cavab veririk”.O, universitetin keçdiyi 50 illik tarixi yoldan, son illər ərzində əldə olunan nailiyyətlərdən, beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb. AzMİU-nun Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il iyunun 20-də yaradıldığını, memarlıq və inşaat təhsili istiqamətində ölkəmizdə profil universitet olduğunu söyləyib. Qeyd edib ki, hazırda universitetdə 7 fakültə var. Fakültələrdə bakalavriat səviyyəsində 27, magistratura səviyyəsində 28 ixtisas və 70 ixtisaslaşma üzrə təhsil verilir. Universitetdə 12 mindən çox tələbə təhsil alır ki, onlardan 500-dən çoxu əcnəbi tələbələrdir. Onlara 600-dən artıq müəllim dərs deyir və bu müəllimlərin yarıdan çoxu elmi dərəcəyə malikdir.

Gülçöhrə Məmmədova dünyanın nüfuzlu universitetləri ilə aparılan ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi, elmi-tədqiqat istiqamətləri, beynəlxalq konfransların təşkili, beynəlmiləlləşmə üzrə görülən mühüm işləri diqqətə çatdırıb. O, universitetdə fəaliyyət göstərən müasir laboratoriya bazalarından danışarkən AzMiU ilə sıx əməkdaşlıq edən bp, “PAŞA İnşaat”, “Holcim”, “PMD” və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) kimi nüfuzlu partnyor şirkət və təşkilatların rolunu önə çəkib, həmçinin digər tərəfdaşlara təşəkkürünü bildirib.

Rektor AzMİU-da tədris olunan ixtisasların nüfuzlu beynəlxalq akkreditasiyadan keçməsinin əhəmiyyətinə də toxunub və qeyd edib ki, akkreditasiyalar universitetdə təhsilin keyfiyyətinin və dünya miqyasında tanınmasının bir göstəricisidir.

Tədbirdə universitetin fəxri məzunları çıxış edərək tələbəlik illərini xatırlayıblar və AzMİU-nun onlara qazandırdığı bilik və təcrübənin karyeralarındakı rolundan danışıblar. Doğma universitetlərində Məzun Assosiasiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirib, Assosiasiyanın fəaliyyətinə töhfə verməyə hazır olduqlarını bildiriblər.Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, AzMİU-nun fəxri məzunu Cavid Qurbanov çıxışında bunları bildirib: “AzMİU mənim gənclik həyatımda mühüm rol oynayıb. Bu universitetdə əldə etdiyim biliklər, qazandığım dostlar mənim gələcək uğurlarımın əsasını təşkil edib. Əminəm ki, Məzun Assosiasiyasının yaradılması AzMİU-nun məzunları ilə əlaqələrini daha da gücləndirəcək və universitetin inkişafına böyük töhfə verəcək”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Əməkdar memar Səbinə Hacıyeva çıxışında universitetin ona verdiyi imkanlardan bəhs edib: “AzMİU təkcə bir təhsil müəssisəsi deyil, həm də həyat məktəbidir. Burada qazandığımız bilik və təcrübə bizi cəmiyyət üçün faydalı mütəxəssislərə çevirib. Universitetlə sıx əlaqələr yaratmaq və tələbələrə dəstək olmaq bizim borcumuzdur. İrəli sürülən təşəbbüsü alqışlayır, yaradılan Assosiasiyanın fəaliyyətinə uğurlar arzulayıram”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Əməkdar memar Elxan Əsədov isə universitetdə qazandığı təcrübənin onun memarlıq sahəsindəki uğurlarında əvəzsiz rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, çalışdığı Agentlikdə hazırda AzMİU-nu bitirən məzunlar üstünlük təşkil edir ki, onlardan 21 nəfəri memardır.AzMİU-nun prorektoru Orxan Naqdiyev vurğulayıb ki, məzunlar universiteti öz doğma məkanı kimi qəbul edir, təhsillərini tamamladıqdan sonra da universitetlə əlaqələrini kəsmir və müxtəlif layihələrdə AzMİU ilə əməkdaşlıq edirlər. Məzun Assosiasiyasının yaradılması isə bu əməkdaşlığın daha sıx olmasına xidmət edəcək.

Tədbir çərçivəsində Məzun Assosiasiyasının Təşkilat Komitəsinin üzvləri seçilib və Təsis Yığıncağına kimi görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, qərarlar qəbul edilib. Assosiasiyanın Qəyyumlar Şurasının, İdarə Heyətinin, Təftiş Komitəsinin üzvlərinin seçilməsi və idarəetmə mexanizimlərinin təşkili Təsis Yığıncağından sonra həyata keçiriləcək.

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT