Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Uşaqlar arasında virus infeksiyaları ARTIR: Nələrə diqqət etməliyik?

Uşaqlar arasında virus infeksiyaları ARTIR: Nələrə diqqət etməliyik?

Son dövrlərdə uşaqlar arasında mövsümi virus infeksiyalarının yayılma halları artıb. Bu xəstəliklər məktəb və bağça yaşlı uşaqlar arasında da daha geniş yayılmaqdadır

Virusun simptomları nələrdir və valideynlər uşaqlarını bu infeksiyalardan necə qoruya bilərlər?

AzEdu.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, pediatr Nigar Bayramova bildirib ki, uşaqlar arasında infeksiyaların artmasının səbəblərindən biri, qapalı məkanlarda çox vaxt keçirilməsidir.
“Qapalı məkanların və açıq havanın kirliliyi ilə əlaqədar olaraq hər il olduğu kimi, hava damcı yolu ilə yayılan infeksiyalar sürətlə artır. Bu infeksiyalar arasında influenza, human metapneumovirus, respirator sinsitial virus, parainfluenza virusları və beta infeksiyaları kimi bakteriyalar da yer alır.

Müxtəlif yaş qrupu uşaqlar arasında bu infeksiyalar fərqli klinik əlamətlərlə özünü göstərir. Ümumiyyətlə, hava damcı yolu ilə yayılan virus infeksiyaları, xüsusilə yüksək hərarət, öskürək, burun tıxanıqlığı, burundan ifrazat və tənəffüs çətinliyi ilə özünü büruzə verir. Human metapneumovirus ilə bağlı isə xüsusən təşvişlər yaşanır. Lakin, bu infeksiya yeni deyil və hər il görülən tənəffüs yolu xəstəlikləri arasında yer alır. Bəzən bu infeksiyalar soyuqdəymə və ya qrip kimi adlandırılsa da, əslində çoxsaylı virus infeksiyaları oxşar əlamətlərlə müşahidə oluna bilər. Soyuqdəymə kimi sadə simptomlarla başlasa da, ağır ağciyər infeksiyalarına və xəstəxanaya yatışa səbəb ola bilər.

Uşaqlar arasında həm yuxarı, həm də aşağı tənəffüs yolları infeksiyaları, o cümlədən bronxitlər və pnevmoniya görülə bilər. ABŞ-dəki Xəstəliklərə Nəzarət Mərkəzində qeyd edildiyi kimi, kiçik yaşlı uşaqlar, yaşlılar və immunitet sistemi zəif olan şəxslərdə daha şiddətli simptomlar meydana gəlir”.

Pediatr uşaqları xəstəlikləri qorumaq üçün valideynlərə tövsiyələr verib:

“Uşaqların qış aylarında qapalı məkanlarda daha çox vaxt keçirməsi səbəbilə valideynlər, məkanların hava təmizliyinə xüsusi diqqət yetirməli, uşaqlarının maye tələbatını qarşılamalı və virus infeksiyasının əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət etməlidirlər. Erkən diaqnoz qoyulması və ehtiyac olduqda virus əleyhinə dərmanların başlanması çox vacibdir.

Valideynlərin etdikləri ən çox yayılmış səhvlərdən biri, uşaqlar yüksək hərarətə (40 dərəcə və ya daha çox) çatanda dərhal apteklərdən antibiotiklər almağa çalışmalarıdır. Lakin, antibiotiklər virus əleyhinə təsirli deyil və yalnız bakterial infeksiyalar üçün istifadə olunur. Virus infeksiyası olan uşağa antibiotik vermək faydasızdır.

Oxşar xəbərlər

Bütün xəbərlər