Xəbər lentiwidget-title-icon

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb

Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı - REKTOR ƏVƏZİNDƏN ŞİKAYƏT

Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı - REKTOR ƏVƏZİNDƏN ŞİKAYƏT


Bir qrup müəllim ADNSU-u ilə bağlı Prezidentə müraciət ünvanladı
Bir qrup müəllim və işçi heyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verənlərlə bağlı media vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyirlər. Edilən müraciətdə onlar bu təhsil ocağında baş verən qanunsuzluqları ölkə rəhbərlyinin nəzərinə çatdırmaq və ictimayyəti qədim tarixə malik Universitetin bərbad duruma salınmasından gileylənirlər.

Tribunainfo.az-a şikayətini bildirən Qurbanova Zümrüd qeyd edib ki, fəaliyyətlərinə qərəzli və təşkil olunmuş şəkildə, qanunvericiliyə zidd olaraq “müqavilə müddətinin bitməsi” adı altında xitam verilmişdir.
Bütün bunları təşkil və idarə edən Universitetin İnsan Resursları Departamentinin müdiri İlduzə Hüseynova, onun yaratdığı ailə çətəsi və işbazlar komandasıdır.

İlduzə Hüseynova universitetdə bütün işləri istədiyi kimi həll edir, vəzifə səlahiyyətlərindən şəxsi marağı üçün istifadə edir, rektor əvəzi Vazeh Əskərovu da özünəməxsusluqla istiqamətləndirir, ona yalan məlumatlar çatdırır, beləliklə də uzun illər qüsursuz, zəhmətlə çalışan, yetərincə nəaliyyətləri olan nəinki cavan, hətta təcrübəli müəllim və əməkdaşları işsiz qoyur.

Rektor əvəzi Vazeh Əsgərov isə universiteti idarə etmir. “Onun başı sosial şəbəkələrdə özünün reklamına qarışıb. işçilərinin taleyi onu maraqlandırmır, məsuliyyəti öz üzərindən atmaqla kollektivə yönəldir. Kollektiv adı altında isə təşkil olunmuş qruplaşmalar və onların komandalarıdır. Elə bu səbəbdən də İlduzə Hüseynova istədiyini edir, heç kimə də hesabat vermir”.

Redaksiyamıza müraciət edənlər qeyd ediblər ki, Universitetin “İnsan resursları” və “tədris” departamentlərində, bir sıra kafedralarda mövcüd qaydaya zidd olaraq attestatla çalışanların (onlar İlduzə Hüseynovanın himayəsindədirlər) olmasına baxmayaraq, uzun müddətli iş stajına malik, əxlaqi qüsursuz, əmək intizamını pozmayan və vəzifəsinin öhdəsindən layiqincə gələn,magistr diplomu olan əməkdaşların işinə heç bir səbəb göstərmədən müqavilələrinə xitam verilir.

“Yaxud da rektor əvəzi Vazeh Əskərov ətrafındakı işbazların təsiri ilə sabiq rektor M. Babanlı tərəfindən əvvəllər İngiltərədən dəvət olunmuş yüksək səviyyədə dil bilgiləri olan yüksək ali təhsilli yararlı mütəxəssisə tədris işləri üzrə prorektorla onunla işləmək istəmədiyi mesajını göndərir və hətta əmək haqqını ödəmədən onu işdən çıxmağa təhrik edir”.

Universitetlə müəllimlər arasındakı müqavilənin seçkilərin nəticələrinə görə 5 illik bağlanmasına, uzun illər fasiləsiz olaraq eyni bir müəssisədə qüsursuz fəaliyyət göstərmələrinə və müqavilələrinin müddətsiz bağlanmalı olmasına baxmayaraq (Əmək qanunvericiliyinə görə), İlduzə Hüseynova onlara məcburi olaraq iki aylıq müqaviləyə qol çəkdirmiş, müsabiqənin keçirilmə tarixini məqsədli şəkildə gecikdirmiş, müsabiqə isə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə (Təhsil nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnamənin 2.1 və 3.4. bəndlərinin) aparılmışdır. Universitetin “ Kimya və Qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri Yunis Qəhrəmanlı tərəfindən ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, o, müəllimin müsabiqədə iştirakı üçün ərizəsinə dərkənar qoymamış, ona kafedranın əsaslandırılmış rəyini verməmiş, seçki sənədlərinin elmi katib tərəfindən qəbul edilməsini qadağan etmiş, bununla da məkrli siyasət həyata keçirmişdir.

Kafedra və fakültə elmi şurasının iclasları qayda pozuntusu ilə, təşkil olunmuş şəkildə, kafedra əməkdaşlarına və şura üzvlərinə təhdid və güclü təsir etməklə aparılmışdır (sübutlar vardır). Dərs ilinin ortasında heç bir səbəb gətirilmədən işinə xitam verilmiş müəllimin əvəzinə isə qanunsuz şəkildə kənardan, analıq məzuniyyətində olan şəxsi birbaşa dosent keçirmişdir. Bu ən böyük qanun pozuntusudur. Burada da yenə də İlduzə Hüseynovanın böyük rolu, prorektor Qasım Məmmədov və elmi katib Nərminə Əliyeva komandasının dəstəyi, rektor əvəzi Vazeh Əskərovun isə məsuliyyətsizliyi, işbazlar komandasına dəstəyi böyük rol oynamışdır…

Universitetdə özbaşınalıq o səviyyətə çatmışdır ki, ixtisas kafedrasında qeyri profilli şəxslər (məs.baza təhsili əczaçı olan ) texnologiyadan, texnoloji proses və aparatlardan, dərs deyir, bakalavr və magistr diplomlarına rəhbərlik edir. Y. Qəhrəmanlının himayədarlıq etdiyi müəllim və əməkdaşlarına cox böyük səlahiyyətlər vermiş, hətta tədris yükünün bölgüsünü 70-dən çox yaşı olan, illərlə bu işi maddiyyat əsasında istədiyi kimi həyata keçirən bir laboranta (Almaz Qurbanovaya) həvalə edilmiş (baxmayaraq ki, bu yolverilməzdir, lakin o, İlduzə Hüseynovanın himayəsindədir), çünki bu insan kafedra müdiri Qəhrəmanlının bütün qeyri- qanuni hərəkətlərini ört- basdır etmiş, lazım gəldikdə kafedranın protokollarını saxtalaşdırmış, gizlətmiş, və heç vaxt üzə çıxartmamışdır, hətta tələb etdiktə belə, kafedra iclasında onun haqqında məsələ qaldırıldıqda bunu protokollaşdırmaqdan imtina etmişdir və s.

Müəllimlər dəfələrlə Təhsil Nazirliyinə müraciət etsələr də Vazeh Əskərovun Universitetin yiyəsi olduğunu, onun işinə qarışa bilmədiklərini boyunlarına almışlar və onları yenidən Vazeh Əskərovun hüzuruna yönəltmişlər???

Şikayətçilər bildirirlər ki, əksər rəhbər işçilər Universitetə ailəlikcə yeləşiblər, ailə üzvləri yüksək maaş alırlar, universitetdə söz sahibidirlər. Salman Salmanovun ancaq nə işlə məşğul olduğu bilinmir. Universitetdə gündən günə artan və ənənə şəklini alan qeyri əxlaqi hərəkərlər də İlduzə Hüseynova tərəfindən ört-basdır edilir, cəzalandırılmır, əvəzində isə düz insanlar işsiz qoyulur.

Redaksiyamıza müraciət edənlər əllərində daha çox dəlil və sübutların olduğunu bildirir və istənilən vaxt təqdim etməyə hazırdırlar.

Oxşar xəbərlər


Bütün xəbərlər

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur