Xəbər lentiwidget-title-icon

Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

“Yenilənmiş coğrafiya fənn kurikulumu müasir təhsil standartlarına uyğun olaraq hazırlanıb. Bu kurikulumun əsas məqsədi şagirdlərdə coğrafi düşüncə tərzinin formalaşdırılması, qlobal və milli dəyərlərə hörmətlə yanaşma, həmçinin davamlı inkişaf prinsiplərinə uyğun davranışların inkişaf etdirilməsidir”.

Bunu açıqlamasında Təhsil İnstitutunun Coğrafiya fənn kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü Şərafət Hüseynli deyib.

O, yeni kurikulumdakı əsas dəyişiklikləri də açıqlayıb:

“Coğrafi düşüncənin formalaşdırılması, yəni şagirdlərdə hadisələrə coğrafi aspektdən yanaşma qabiliyyətinin inkişaf etdirilməsi prioritetlərdəndir. Bu, şagirdlərin təbiət, cəmiyyət və məkan arasında əlaqələri başa düşməsinə və analitik düşüncə bacarıqlarının inkişafına xidmət edir. Həmçinin mədəni müxtəliflik və milli dəyərlərə hörmət, davamlı inkişaf strategiyasına uyğun məzmun yeni proqramın əvvəlkindən əsas fərqləridir”.
Şərafət Hüseynli əlavə edib ki, ətraf mühitin qorunması, dayanıqlı inkişafın təmin edilməsi və qlobal coğrafi risklərin öyrənilməsi yenilənmiş məzmunun əsas xəttini təşkil edir. Bu yanaşma həm dünyada, həm də Azərbaycanda mövcud ekoloji problemlərin həllinə yönəlib:“Məzmunun sadələşdirilməsi və praktiklik baxımından akademik və yalnız riyazi hesablamalar tələb edən, coğrafi səbəb və nəticə əlaqələrinə əsaslanmayan hissələr (məsələn, Günəş şüalarının düşmə bucağı, çayların su axını ilə bağlı hesablama məsələləri) kurikulumdan ya çıxarılıb, ya da sadələşdirilib. Bunun əvəzinə, coğrafi tədqiqatlar, çöl işləri və coğrafi informasiya sistemləri kimi praktiki bacarıqlar tələb edən mövzular daha geniş şəkildə daxil edilib”.
Onun sözlərinə görə, kurikulumda coğrafiyanın məzmunu, onun tədqiqat obyektləri istiqaməti, yəni fənnin əsas öyrənmə obyektləri olan kartoqrafik təsvirlər, relyef, iqlim, sular, canlı aləm və onların Yer səthində paylanması qanunauyğunluqları, əhali, iqtisadi fəaliyyət sahələri, ekoloji problemlər və onların həlli yolları və s. əvvəlki kimi saxlanılır.

Məzmun yeniliklərindən də bəhs edən işçi qrupun üzvü əvvəlki kurikulumun "Coğrafi məkan", "Təbiət" və "Cəmiyyət"dən ibarət olduğunu, indi isə bunların "Mövqe və məkan", "Təbii sistemlər", "Bəşəri sistemlər" və "Ətraf mühit və dayanıqlılıq" ilə əvəzləndiyini bildirib.

Onun sözlərinə görə, sonuncu məzmun xətti dayanıqlı inkişafı vurğulayır və bu istiqamətdə biliklərin tədrisini genişləndirir:“Standartlar siniflər üzrə fərqləndirilir. Yenilənmiş kurikulumda hər sinif üçün xüsusi standartlar tətbiq edilir. Bu, şagirdlərin yaş səviyyəsinə uyğun daha məqsədyönlü tədris prosesini təmin edir”.

Şərafət Hüseynli qeyd edib ki, yeni kurikulumda həm məkan anlayışına dair məlumatların toplanması, çöl tədqiqatları, həm də coğrafi tədqiqat obyektlərinin dərin təhlili təmin olunacaq. Yeniliklər arasında coğrafi informasiya sistemlərinin bütün siniflərdə tətbiqi, təbii və antropogen fəlakətlərin, qlobal coğrafi risklərin təhlili, həmçinin dayanıqlı inkişafın proqnozlaşdırılması yer alır:

“9-cu sinfə qədər olan ümumi orta təhsil pilləsində standartlar əsas coğrafi məzmunu əhatə edir. Yəni standartlar elə tərtib edilib ki, 9-cu sinfi bitirən şagird artıq coğrafiyanın əsas məzmun və bacarıqlarına yiyələnmiş olsun. Tam orta təhsil səviyyəsi üzrə isə əlavə məzmun (mədəniyyətlərin analizi, geosiyasi vəziyyətvə.s) ilə yanaşı tədqiqat xarakterli standartlar hazırlanıb. Bu yanaşma şagirdlərin coğrafi tədqiqat bacarıqlarını inkişaf etdirmək və onları qlobal çağırışlara hazırlamaq məqsədi daşıyır”.

Şərafət Hüseynli yekunda vurğulayıb ki, yenilənmiş kurikulum Azərbaycan coğrafiyasının təbii, iqtisadi və sosial xüsusiyyətlərini daha dolğun şəkildə əhatə edir.

Oxşar xəbərlər

Bütün xəbərlər