Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI

Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı- Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI

“Atam evdə narkotik vasitədən istifadə edirdi. Mənə həmişə işgəncələr verib. 2023-cü ilin qış aylarında başımı odun sobasına salıb yandırmaq istəyirdi. Həmin vaxt çiynim yandı. Bir dəfə də əlini ağzıma salıb qanatmışdı. Sonra qanayan yerə duz tökmüşdü. Sağ ayağımın baş barmağının dırnağını da kəlbətinlə çıxarıb. 2024-cü ilin son aylarında yenə məni döyməyə başladı. Başımı su dolu vedrəyə salıb işgəncə verirdi. Sonra da göyə qaldırıb yerə çırpdı. Həmin vaxt da ayağım qırıldı”.

Musavat.com xəbər verir ki, bu dəhşət dolu ifadənin müəllifi 14 yaşlı Azadədir (adı şərtidir). Doğma atası tərəfindən qeyd etdiyi dəhşətli işgəncələrə məruz qalan Azadəyə anası da kömək edə bilməyib. Bütün bu işgəncələr Azadənin anasının, 3 yaşlı bacısının və 4 yaşlı qardaşının gözləri qarşısında baş verib.

Hadisənin ən təsirli və dəhşətli hissəsi isə ondan ibarətdir ki, Azadə bütün bu işgəncələrdən sonra heç vaxt həkimə müraciət edə bilməyib. Həkimə aparılacağı təqdirdə cinayət əməlinin üstünün açılacağını bilən İbadov evdə qızını müalicə edirmiş. Atası onun sınmış ayağına belə evdə gips qoyubmuş...

Nəhayət, Azadə və anası bütün bu işgəncələrdən sonra polisə müraciət etməyi qərara alıblar. Bu şikayətlərdən sonra Azadənin atası İbadov həbs edilib. Ona övladına verdiyi işgəncələrə görə və narkotik ittihamı ilə cinayət işi açılıb.İbadov məhkəmədə dindirilən zaman əməlini etiraf edib. Bu cür qəddar davranışlarını narkotik vasitə istifadəçisi olması və Azadənin dəcəllik etməsi ilə əlaqələndirib.

Azadəyə verdiyi işgəncələri təkrarən danışan İbadov əməlindən peşman olduğunu da dilə gətirib.

“Əsəbi olduğum zaman nə etdiyimi bilməmişəm. Qızımı bir neçə dəfə döymüşəm. Çiynini də yandırmışam, ağzını qanadıb, yerinə duz basmışam. Bunları edəndən sonra peşman olmuşam, amma qızımı həkimə aparmamışam. Qızıma nə üçün əsəbləşdiyimi xatırlamıram. Əsəbi olanda onun başını suya salıb, sonra qaldırıb yerə vurmuşam. Ayağı qırıldığı üçün aptekə gedib gips aldım. Qızımı döyəndə heç kim mənə mane ola bilmirdi. Qızım çox nadinc uşaq olub, anasını incidirdi. Anasının şikayətlərindən sonra bu hərəkətləri düşünmədən etmişəm”-deyə İbadov ifadəsində bunları qeyd edib.

Peşman olduğunu deyən İbadov narkotik satışı ittihamının dəyişdirilməsini də məhkəmədən xahiş edib, yüngül cəza verilməsini xahiş edib.

İşin ilginc tərəfi budur ki, Azadə cinayət işi açılan, həbs edilən atasından sonradan şikayətçi olmayıb. Məhkəmədə atasını bağışladığını deyib.

Bu qandondurucu hadisədə diqqət çəkən məqamlardan biri də Azadənin anasının verdiyi qərar olub. Belə ki, İbadovlar ailə həyatı qurduqdan sonra 3 övladları dünyaya gəlib. Amma ailədaxili problemlər, İbadovun ailə üzvlərinə qarşı qəddar davranışı bu evliliyi bitirib. Onlar boşanıblar, amma sonradan bir yerdə yaşamağa başlayıblar. Birgə yaşadıqları müddətdə daha 2 övladları dünyaya gəlib. Həmin 2 uşağa isə nənəsi ilə babası baxır.Azadənin anası da dindirilən zaman baş verənləri inkar etməyib. Susmasının səbəbini isə qorxması ilə izah edib. O, ərinin evdə narkotik vasitə çəkdiyini də etiraf edib. Amma ərinin narkotik vasitə satışı ilə məşğul olmadığını söyləyib. Əlavə edib ki, əri bir neçə dəfə narkotik vasitə almaq üçün ondan pul da alıb. Ana da qızı kimi onlara işgəncə verən İbadovu bağışlayıb.

İbadovun narkotik satışı ittihamı dəyişdirilib. Ona narkotik vasitədən istifadəyə və Cinayət Məcəlləsinin 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edilən əməlləri törətməkdə təqsirli bilinən İbadov ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər