Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır

Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır



Müəllimlər üçün yeni “biznes”:
Son vaxtlar ölkədə repetitorluq “biznesi” geniş vüsət alıb.

Orta məktəb şagirdlərinin demək olar ki, 95 faizi repetitor yanına gedir. Əgər bir neçə il əvvəl yalnız yuxarı sinif şagirdləri repetitorlardan yararlanırdısa, artıq ibtidai sinif şagirdləri belə, bu fəaliyyət növündən istifadə edir.

Nəticədə bu gün repetitorluq “biznes” sahəsinə çevrilib.

İndi daha bir belə “biznes” sahəsi də mövcuddur ki, bu da kodlaşdırma “biznesidir”. Belə ki, ali məktəbə qəbul olmaq istəyən abituriyentlər müəyyən bal topladıqdan sonra kodlaşdırma ilə məşğul olan şəxslərə, əsaəsn müəllimlərə müraciət edirlər. Həmin şəxs də müəyyən ödəniş müqabilində kodlaşdırma aparır.

Əgər bir-iki il əvvəl 20 manat müqabilində kodlaşdırma aparılırdısa, hazırda bu ən azı 100-150 manatdan başlayır.

Nəticədə kodlaşdırma “biznesi” getdikcə genişlənir. Kodlaşdırma “biznesi”nin sürətlə inkişaf etməsinin səbəbi nədir, abituriyentlər özləri düzgün seçim edə bilmirmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kodlaşdırma “biznesi”nin yaranması təhsil sistemində müşahidə edilən struktur problemlərin və abituriyentlərin qərar qəbul etmə çətinliklərinin nəticəsidir:

“Bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdi məsləhətçilər, abituriyentlərin ali məktəblərə qəbul prosesində ixtisas seçimi zamanı qarşılaşdıqları çətinliklərdən istifadə edərək müəyyən xidmətlər təklif edirlər.

Statistik məlumatlara görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul üçün müraciət edən abituriyentlərin sayı 100 mindən çox olub. Onların təxminən 65%-i repetitor xidmətlərindən istifadə edib və bu abituriyentlərin böyük əksəriyyəti kodlaşdırma zamanı çətinliklərlə üzləşib. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, hər il kodlaşdırmada səhv edən abituriyentlərin sayı ümumi müraciət edənlərin 10%-ni təşkil edir.

Bu rəqəm təkcə fərdi məsuliyyətsizliyi deyil, həm də sistemin mürəkkəbliyini və məlumat çatışmazlığını göstərir. Məsələyə hüquqi aspektdən yanaşdıqda, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququnu təmin edir.

Bununla yanaşı, Qanunun 25-ci maddəsində abituriyentlərin ali təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı məlumatlandırılmasının təmin edilməsi məsələsi qeyd olunur. Lakin bu müddəaların praktik icrası qeyri-kafi görünür, çünki kodlaşdırma prosesi ilə bağlı məlumatlılıq səviyyəsi hələ də aşağıdır.

Kodlaşdırma “biznesi”nin yaranması birbaşa olaraq bu boşluqları doldurmağa çalışır, lakin eyni zamanda bu sahədə sui-istifadə hallarına şərait yaradır”.

Ekspertin sözlərinə görə, kodlaşdırma xidmətlərinin mənfi tərəfləri isə ilk növbədə onların kommersiyalaşmasında özünü göstərir:

“Bu xidmətlər, əsasən, yüksək qiymətlər təklif edir, bu da aztəminatlı ailələr üçün əlçatmaz olur.

Eyni zamanda, abituriyentlərin fərdi qərar qəbul etmə qabiliyyətinin zəiflədiyi müşahidə olunur. Kodlaşdırma xidmətlərinə güvənən gənclər öz məsuliyyətlərini ikinci plana keçirərək, qərarlarını tamamilə üçüncü şəxslərə həvalə edirlər. Bu isə uzunmüddətli perspektivdə onların müstəqil qərarvermə bacarıqlarına mənfi təsir edə bilər. Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə abituriyentlərə peşəyönümlü dəstək daha çox məktəb səviyyəsində təşkil olunur.

Məsələn, Finlandiyada şagirdlər hələ orta təhsilin ilk illərindən etibarən fərdi maraqları, bacarıqları və əmək bazarındakı tələblər əsasında peşə istiqaməti üzrə yönləndirilirlər. ABŞ-də isə kolleclər tərəfindən təşkil edilən “counseling” xidmətləri vasitəsilə tələbələrə peşə seçimi və kodlaşdırma prosesində dəstək verilir. Bu ölkələrdə kommersiya məqsədli kodlaşdırma xidmətlərinə ehtiyac demək olar ki, yoxdur, çünki dövlət bu sahədə zəruri dəstəyi pulsuz təmin edir”.

Ekspert deyir ki, kodlaşdırma biznesinin müsbət tərəfləri də inkar edilə bilməz:

“Bu xidmətlər xüsusilə mürəkkəb sistemə malik olan DİM-in qəbul qaydalarına uyğun seçim aparmaqda çətinlik çəkən abituriyentlər üçün faydalıdır. Peşəkar dəstək, abituriyentlərin kodlaşdırmada səhv etməsinin qarşısını almağa kömək edir və nəticədə onların seçdikləri ixtisas üzrə qəbul olmaq şanslarını artırır. Eyni zamanda, kodlaşdırma mütəxəssisləri ixtisaslar haqqında daha geniş məlumat təqdim edərək, abituriyentlərin daha məlumatlı qərarlar qəbul etməsinə şərait yaradır.

Ümumilikdə, kodlaşdırma “biznesi” təhsil sistemindəki müəyyən boşluqların nəticəsi olaraq meydana gəlib və həm müsbət, həm də mənfi təsirlərə malik bir fenomendir. Onun mənfi təsirlərini minimuma endirmək üçün dövlət səviyyəsində tədbirlər görülməlidir. Məsələn, məktəblərdə peşəyönümlü təlimlərin təşkili, abituriyentlərin qərar qəbul etmə qabiliyyətlərinin artırılması və DİM-in qəbul prosesinin daha şəffaf və sadə olması təmin edilməlidir. Yalnız bu halda, abituriyentlərin öz gələcəklərini düzgün planlaşdırmaları üçün daha əlverişli şərait yaradıla bilər”.

Oxşar xəbərlər


Bütün xəbərlər

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır